Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

Xavi jurnalisti məhkəməyə verib

 

       Barselona”nın baş məşqçisi Xavi Ernandes “El Pais” nəşrinin jurnalisti Manuel Jabuanı məhkəməyə verib.

Yenixeber.org: Tərəflər arasında münaqişə “Barselona”nın Çempionlar Liqasında “Antverpen”ə (Belçika klubu) məğlub olmasından sonra başlayıb.

Belə ki, oyundan sonra “El Pais” nəşrinin jurnalistlərindən biri “Barselona”nı “Avropanın klounları” adlandırıb.

Xavi mətbuatda çap edilən bu manşetə sərt reaksiya verərək jurnalisti kəskin tənqid edib. Öz növbəsində “El Pais”in jurnalisti Manuel Jabua həmkarının müdafiəsinə qalxıb və bildirib ki, Xavi ona nalayiq sözlərdən ibarət mesajlar göndərib.

“Bəli, bu barədə danışmaq istəməzdim, çünki bu, şəxsi mesajlar vasitəsilə ilə baş verib, lakin onlar olduqca əxlaqsız mesajlar idi”, - deyə Manuel Jabua vurğulayıb.

Bu açıqlamalar ispan mütəxəssisi qəzəbləndirib və o, jurnalisti məhkəməyə vermək qərarına gəlib. “Barselona” rəhbərliyi isə iddia edir ki, Xavi Manuel Jabuanın kim olduğunu belə bilmir və Xavi şübhəsiz ki, onunla heç vaxt yazışa bilməzdi.(Sport)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam