Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

MGİMO-nun tələbələri üçün ASAPES-də səyyar modul təşkil olunub-FOTOLAR

Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyası (ASAPES) və Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutu (MGİMO) arasında imzalanmış qarşılıqlı əməkdaşlıq haqqında Memorandum çərçivəsində mayın 27-də Rusiya nümayəndə heyətinin Bakıya səfəri başlayıb.

Yenixeber.org: MGİMO-nun dünya idmanı proqramının dinləyicilərindən ibarət olan, ASAPES bazasında təşkil edilən və Rusiya idman federasiyalarının rəhbər şəxslərinin yenidən hazırlığını nəzərdə tutan modulun 3-cü hissəsi “Dünya idmanı: nizamlanma, mövqe və kommunikasiya” mövzusundadır və “Rusiya Olimpiyaçılarına Dəstək Fondu” tərəfindən maliyyələşdirilir.
Proqram çərçivəsində mayın 27-dən 31-dək Avropa İdman Menecmenti Assosiasiyasının prezidenti, Böyük Britaniyanın Brunel Universitetinin professoru Vassil Qirqinov, Koventri Universitetinin professoru Amanda Pinkney, “RESULT Sports” şirkətinin baş direktoru Mario Leo və Rusiya Beynəlxalq Olimpiya Universitetinin elmi işlər üzrə prorektoru Nikolay Peşin kimi beynəlxalq dərəcəli mütəxəssislərin iştirakı ilə Bakıda 3 modulun keçirilməsi nəzərdə tutulur.
Səfər zamanı rusiyalı qonaqlar Azərbaycan Atıcılıq Federasiyası və Azərbaycan Kanoe və Avarçəkmə Federasiyasının qonağı olmaqla yanaşı, Su İdmanı Sarayına baxış keçirəcəklər. Bundan başqa, onlar mayın 29-dan iyunun 4-nə kimi Bakıda keçiriləcək və dünya taekvondosunun 50 illiyinə həsr ediləcək dünya çempionatının açılış mərasimini də izləyəcəklər.
Səfər proqramında rusiyalı qonaqların müasir Bakının simvollarından biri Heydər Əliyev Mərkəzini ziyarəti və YUNESKO-nun Dünya İrsi Siyahısına daxil edilən “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğuna ekskursiyası da nəzərdə tutulur.

 

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam