Redaktor seçimi
Salyanın keçmiş imperatorunun oğlu Rumıniyanı satın aldı -
QHT-lərə Dövlət Dəstəyi Agentliyinin şübhəli qrantları seriyasından... - 
Məhəmməd Musayev Saleh Məmmədovu necə aldadır? -
Gəncə Dövlət Universitetində baş verənlər şok edir...  Rektor Yusif Yusibovun adı ağır cinayət iddialarında: 
QHT-lərə Dövlət Dəstəyi Agentliyi media təşkilatı adı ilə “piy” əridir - 
QHT-lərə Dövlət Agentliyindən Nazirlər Kabinetinə sayqısızlıq -
“Zulu Shipping” dosyesində adı keçən İsmayıl Qasımov kimdir? -
QHT-lərə Dövlət Dəstəyi Agentliyi ifşa olunur: reklam təşkilatının nikah layihəsinə dəstək -
Günün xəbəri

ASAPES magistrantlarının Böyük Britaniyada təcrübə proqramı davam edir-FOTOLAR

Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının (ASAPES) həkimlər üçün “İdman tibbi və reabilitasiya” magistr proqramı tələbələrinin Böyük Britaniyada 2 həftəlik təcrübə proqramı davam edir. Magistrantlarımız proqram çərçivəsində bu dəfə UCL və ISEH-in professoru Brus Patonla praktiki məşğələlərdə iştirak ediblər.
Yenixeber.org: Tədris prosesi zamanı aşağı ətraf zədələnmələrinin əmələ gəlmə səbəbləri, reabilitasiyasının mərhələləri, travmatizasiyanın qarşısının alınması və aktiv idmana qayıdış mərhələləri müzakirə edilib. Bundan başqa, zədələnmələrdən sonra məşq proqramının tərtib edilməsi, əzələ gücünün artırılması hərəkətləri haqqında da ətraflı məlumat verilib.
Məlumat üçün bildirək ki, Brus Paton “İdman və fiziki fəaliyyət” üzrə fəlsəfə doktoru, UCL-in nəzdində fəaliyyət göstərən İdman, Fiziki Fəaliyyət və Sağlamlıq İnstitutunun (ISEH) fəxri kliniki lektoru, London Kollec Universitetində (UCL) “İdman və fiziki sağlamlıq” magistr proqramının modul rəhbəri, London Kollec Universitetinin hospitalında (UCLH) “İdman və Ortopediya” şöbəsinin aparıcı fizioterapevti və “Kristal Palas” idman zədələri mərkəzinin baş fizioterapevtidir.
Brus Paton həmçinin ASAPES-də “İdman tibbi və reabilitasiya” proqramında “Aşağı ətraf zədələnmələri və onların reabilitasiyası” modulunu tədris edir.

 

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam