Redaktor seçimi
Sahib Məmmədov Araz Paşayevi niyə və necə “xərclədi” ?! -
 QHT-lərə Dövlət Dəstəyi Agentliyindən daha bir qrant hədiyyəsi... -  
Saleh Məmmədovun müsahibi Müseyib Həmzəyevin 650 minlik avtomobili -
Gəncə Dövlət Universitetində özbaşınalıqlara son qoyulsun! –
QHT-lərə Dövlət Dəstəyi Agentliyində BAŞ SAYMAQLA, BAŞ QATILIR!: Dövlətin pulu belə “YEYİLİR” –
Mingəçevirin icra başçısını Ramiz Mehdiyevin yaxın adamı ilə nə bağlayır(?)! -
Faiq Qürbətov dövlətin pulun könül istəyi ilə xərcləməkdə davam edir:
AAYDA qohumbazlığın girovluğunda: Həmzəyevlər faktorunun püskürdüyü zəhər –
Günün xəbəri

Beynəlxalq Cüdo Federasiyası Akademiyasının rəsmiləri ASAPES-də olub -FOTOLAR

 

Beynəlxalq Cüdo Federasiyasının (IJF) Akademiyası və Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının (ASAPES) rəsmiləri arasında görüş keçirilib.
Yenixeber.org: ASAPES-də təşkil olunan görüşdə IJF Akademiyasının direktoru Envik Qalea, təhsil şöbəsinin müdiri Tibor Kozsla, IJF Akademiyasının Türkiyə nümayəndəsi və ASAPES-in Tədris və elmi işlər üzrə prorektoru Təhminə Tağı-zadə iştirak ediblər.
Tədbirdə IJF Akademiyasının fəaliyyəti, təhsil sistemi barədə ətraflı məlumat verilib. Cüdo idman növü üzrə məşqçilərin sertifikatlaşması və lisenziya alması haqda yeniliklər Akademiyanın nümayəndələrinin diqqətinə çatdırılıb və təlimlərdə ASAPES tələbələrinin iştirakı müzakirə edilib.
Bundan başqa, IJF Akademiyası və Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyası arasında əməkdaşlıq Memorandumunun imzalanması təklifi də müzakirə edilən məsələlərdən olub.
Görüş zamanı idman tədbirlərində könüllülərin iştirakının əhəmiyyəti barədə də danışılıb və onların arasında xeyli tələbənin olduğu vurğulanıb. Bununla əlaqədar könüllü tələbələrin akkreditasiyadan keçməsinin vacibliyi qeyd edilib.

 

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam