Redaktor seçimi
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Firdovsi Əliyevin başçı olduğu rayonda dövlətin pulu belə xərclənir -
Günün xəbəri

Rəcəb Fərəczadə:"Minifutbolçularımız top üçün ayağa başlarını qoyurdular"

 

"Yığmamızın üzvləri oyunlarda top üçün ayağa başlarını qoyurdular".

Yenixeber.org: Bunu "Şamaxı" klubunda 11 yaşadək futbolçulardan ibarət komandanın baş məşqçisi olan keçmiş futzalçı Rəcəb Fərəczadə minifutbol üzrə Azərbaycan yığmasının Avropa çempionluğu barədə danışarkən deyib.

42 yaşlı mütəxəssis millinin əzmkarlıq hesabına titula sahib çıxdığını bildirib: "Yığmanın oyunlarında, əsasən də finalda digər komponentlər ikinci plana keçir. Həmin matçlarda milli ruh olmalıdır. Onlar nəyin bahasına olursa-olsun, qələbə qazanmaq istəyirdilər. Futbolçular taktiki və texniki tərəfdən də hazırlıqlı idilər. Elşad Quliyev və köməkçiləri taktiki baxımdan çox çalışmışdılar. Bəzi oyunlar oldu ki, hətta qapımızda qol da görmədik".

Azərbaycanın futzal yığmasının sabiq üzvünün fikrincə, minifutbol millisinə çoxları öncədən inanmayıb: "Bu uşaqlara halal olsun. Yığmanın baş məşqçisi, məşqçiləri, həkimi ilə yaxşı münasibətimiz var, yaxın dostuq. Onların pandemiya dövründən bu vaxtadək necə əziyyət çəkdiklərini görmüşəm. O vaxt iki saatlıq icazə olanda, həmin oyunçular bu müddətdə məşqə gəlib tez evə qayıdırdılar. Futbolçular bu əziyyətin bəhrəsini görməli idilər. Hardasa 2-3 ay mən də onlarla birlikdə məşq etdim və çox əzmkar komanda olduğunu gördüm. Kollektiv mehriban və yaxşı uşaqlardan ibarətdir. Əsas da odur ki, bunların hamısı azərbaycanlıdır. Bu, azarkeşlərə və jurnalistlərə ikiqat motivasiyadır. Onlar çox çətin yol keçiblər. Göstərdilər ki, oynayırlar və bu idman növünü bacarırlar".

Fərəczadənin sözlərinə görə, milli komanda əsla bəxt sayəsində çempion olmayıb: "Biz oyunlara televiziya vasitəsilə baxırdıq. Turnirdəki güclü rəqiblərin 80 faizi ilə oynadılar. Üstəlik, Qazaxıstan və ev sahibi Slovakiya kimi güclü rəqibləri məğlub etdilər. Yekunda isə 6 qat Avropa çempionu Rumıniyaya qalib gəldilər".

2010-ci ildə futzal komandası ilə Macarıstandakı Avropa çempionatında yarımfinala yüksələn keçmiş oyunçu həmin anları da xatırlayıb: "Bu hissləri yaşamaq lazımdır. Biz yarımfinalda Portuqaliyaya penaltilər seriyasında məğlub olmuşduq. Minifutbol yığması isə bir az da irəli getdi və çempion adını qazandı. Qapıçı Davud Kərimi "go, go, go" dedikdən sonra finaladək irəlilədilər. Həlledici matçda da şansı qaçırmadılar. Bu, tarixdir. Bütün Avropaya sübut etdik ki, bizdə futbol var. Sadəcə, uşaqları düzgün yönəltmək və motivasiya vermək lazımdır".

Fərəczadə Azərbaycanın böyük futbolda da uğurlar qazana biləcəyini vurğulayıb: "Mən uşaq futbolunda işləyirəm. Kimsə deyəndə ki, Azərbaycanda futbol yoxdur, pisimə gəlir. Bizdə o qədər istedadlı, texnikalı, sürətli və düşünə bilən uşaqlar var ki... Sadəcə, müəyyən yaşdan sonra onlar düzgün yönəldilməlidir. Uşaqları sındırmaq yox, onlara motivasiya vermək önəmlidir. Türkiyə və digər ölkələrin 11 yaşlı futbolçularını görmüşəm. Bizim uşaqlar onlarla eyni səviyyədə deyil, hətta onları üstələyirlər".

Azərbaycanın futzal yığmasının sabiq kapitanı Marat Salyanski isə minifutbol yığmasının uğuruna hər kəsin sevindiyini bildirib: "Komandamız yeni tarix yazdı. Mənimlə birlikdə futzal oynamış Elşad Quliyev hazırda komandanın baş məşqçisi, Vitali Borisov isə onun köməkçisidir. Onlar öz sahələrində yerli və savadlı mütəxəssislərin olduğunu sübut etdilər".

Hazırda "Araz-Naxçıvan"ın idman direktoru olan funksioner minifutbol komandasının əzmkarlıq və federasiyanın diqqəti sayəsində uğur əldə etdiyini vurğulayıb: "Biz də 2010-cu ildə yarımfinaladək irəliyəcəyimizi düşünmürdük. Həmin vaxt yarışın debütantı idik. Qarşımıza qoyulan məqsəd isə qrupdan çıxmaq idi. Amma iştahımız artdı və daha da irəli gedə biləcəyimizi gördük. Ukrayna ilə duel həyəcanlı oyunlardan biri idi. Görüşün bitməsinə bir neçə saniyə qalmış rəqib penaltidən istifadə edə bilmədi. Əlavə vaxtdan sonra oyunsonrası penaltilərdə biz daha dəqiq olduq. Karyeramda ən sevincli gün idi. Növbəti dəfə eyni sevinci minifutbol komandamız Avropa çempionu olanda yaşadım".

Salyanskinin sözlərinə görə, Azərbaycan böyük futbolda milli komanda saviyyəsində uğur qazana bilmir, klub səviyyəsində isə "Qarabağ" və digər klublar avrokubokların qrup mərhələsində oynayıblar: "İnanıram ki, milli komanda səviyyəsində də uğurlarımız olacaq. Bəlkə də minifutbol, futzal bizə daha uyğundur və bizə xas olan idman növləridir".


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam