Redaktor seçimi
QHT-lərə Dövlət Dəstəyi Agentliyi korrupsiya bataqlığında:
SOSIAL Anar Məmmədovun ofis adamının LÜKS HƏYATI -"Mərc oyunları"nda "bəxti gətirən" Teymurov /
“Sahibsiz Heyvanlara Qayğı Mərkəzi” dövlət büdcəsinin qayğısına belə qalır -
QHT-lərə Dövlət Dəstəyi Agentliyi təftiş edilir –
“Bu hakimiyyəti bir qaşıq suda boğaram” deyənlərə dövlət təltifləri verilir -
““Qarabağ Oil” zavodunun direktoru Gülpəri Bayramova əməkhaqqımızı vermir” -
Ceyhun Bayramovun və oğlunun yeni biznes layihəsi -
 QHT sektoru mafiya qanunları ilə idarə edilir: Qrantlar kimlərinsə həyat yoldaşları, qızları, gəlinləri, məşuqələrinə ayrılır -
Günün xəbəri

Fəxri prezident: -"Əlizadənin vəfatı Rusiya mini-futbolu üçün böyük itkidir"

Fəxri prezident: Əlizadənin vəfatı Rusiya mini-futbolu üçün böyük itkidir

Rusiya Mini-Futbol Assosiasiyasının fəxri prezidenti Semyon Andreyev "Neftçi"nin sabiq futbolçusu Rafiq Əlizadənin ölümü barədə danışıb.

Yenixeber.org: 81 yaşlı funksioner TASS-a açıqlamasında futzal üzrə Rusiyanın əməkdar məşqçisinin vəfatını böyük itki adlandırıb.

Andreyev Əlizadənin qəflətən dünyasını dəyişdiyini söyləyib: "O, dünən vəfat edib. Ölümünün səbəbi hələ bəlli deyil. Yaxınları deyir ki, Əlizadə özünü yaxşı hiss edirdi. Əlbəttə, bu Rusiya mini-futbolu üçün böyük itkidir".

Qeyd edək ki, Rafiq Əlizadə 1966 - 1972 və 1976 - 1982-ci illərdə "Neftçi"nin formasını geyinib. O, futbolçu karyerası ərzində komandasına penalti qazandırma bacarığı ilə də tanınıb.

R.Əlizadə futzal sahəsində də özünü sınayıb. O, 1991-ci ildə futzal üzrə SSRİ çempionatında Bakının "Neftçi" komandasının heyətində 4 oyun keçirib, 8 qol vurub, həmçinin futzal üzrə SSRİ yığmasının 2 dəfə formasını geyinib.

Mütəxəssis 1999-cu ildə tarixində ilk və hələ ki, sonuncu dəfə Avropa çempionluğunu qazanan futzal üzrə Rusiya yığmasının köməkçi-məşqçisi olub. Sabiq forvard 1992 - 2008-ci illərdə Rusiyanın "Dina" futzal klubunun idman direktoru, 2010 - 2017-ci illərdə isə maddi-texniki təminat üzrə vitse-prezidenti vəzifəsini icra edib. O, 2019-cu ildə Rusiya Mini-Futbol Assosiasiyası tərəfindən "İşinə sadiqliyə görə" medalı ilə təltif edilib.

R.Əlizadəyə 2019-cu ilin sonundan AFFA İcraiyyə Komitəsinin qərarına əsasən milli assosasiya tərəfindən xüsusi təqaüd verilib.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam