Redaktor seçimi
Zaur Mikayılov Eldar Əzizovun kölgəsində “üzür” –
Anar Əlizadəyə Serbiya pasportu nədən verildi - Adı rusiyalı casuslar, müharibə oliqarxları ilə birgə hallanan milyonçu kimdir?/
Saleh Məmmədov dərhal həbs olunmalıdır,... PKK terror təşkilatının missioneridir -
Təhməzlilərin "6-cı mərtəbə"sində çirlki pullar belə yuyulur -
Səbzəliyev qardaşlarının “Sobsan” boya fabriki ekoloji fəlakət yaradır-
Heydərovların “London macərası” başa çatdı – 
Qadının evini başına uçuran “Melissa Group” tikinti şirkəti kimindir? -
Deputatlığa namizəd olmuş “Emil Daymond” kimi tanınan Emil Məmmədov əslində kimdir? -
Günün xəbəri

“Marsel Ermənistandır?!”

“Marsel Ermənistandır?!”

İdman, bir qayda olaraq, humanitar sahə sayılır. Bu xoşməramlı fəaliyyətə çirkli niyyətlər qatıldıqda onun mahiyyətinə, daxili və beynəlxalq səviyyədə funksiyasına xələl gəlir. Pis əməllər və niyyətlər qatılan idman yarışları eybəcər görünür, ikrah doğurur.

Yenixeber.org: Ermənistanın qonşularına qarşı yürütdüyü pis əməllər diaspor tərəfindən də təbliğ edilir. Bir vaxtlar bu ölkənin baş naziri Nikol Paşinyanın Tehranda “Qarabağ Ermənistandır, nöqtə” ifadəsinə Azərbaycan Prezidenti İlham Əliyev 2019-cu ilin oktyabrında “Qarabağ - Azərbaycandır. Və nida işarəsi” deməklə cavab vermişdi. O, bu şüarı Ali Baş Komandan olaraq, təxminən bir il sonra 44 günlük müharibədə sübut etdi.

Fevralın 17-də Azərbaycanın Ağdam şəhərinin “Qarabağ” futbol klubu UEFA Konfrans Liqasının pley-off mərhələsində ilk oyununu keçirib. Azərbaycan təmsilçisi tarixi matçda Fransada “Marsel”in qonağı olub. “Velodrom” stadionunda keçirilən qarşılaşma meydan sahiblərinin 3:1 hesablı qələbəsi ilə başa çatıb. Mütəxəssislər Azərbaycan komandasının Fransada “Marsel” kimi nüfuzlu kluba qarşı layiqli oynadığını bildiriblər.

Düzü, əvvəlcədən bu qarşılaşmanı ermənilərin, yaxud onların yanlış təbliğatlarının daşıyıcılarının da izləyəcəyi istisna olunmurdu. AFFA-nın icraçı vitse-prezidenti Elxan Məmmədov UEFA və Fransa Futbol Federasiyasına ermənilərin, yaxud onların hazırladıqları adamların oyun zamanı, habelə ondan sonra futbolçulara və Azərbaycana qarşı törədəcəkləri təxribatın qarşısının alınması ilə bağlı müraciət də etmişdi. Görünür, müraciət olunan ünvanlar ya Ermənistanın uydurmalarını əhəmiyyətsiz sayıb, ya da onların fəaliyyətinə dəstək vermək məqsədilə oyun zamanı törədilən təxribatın qarşısını almayıblar. Çünki qarşılaşma ərzində “Qarabağ Ermənistandır” ifadəsi və Ermənistanın dövlət bayrağı stadionda nümayiş etdirilib. Qarşılaşmanın təşkilinə məsuliyyət daşıyanlar Azərbaycana qarşı bu təxribatın qarşısını almayıb. Ona görə də xalq diplomatiyasına söykənərək “Qarabağ” tərəfdarlarının fransalılara “Marsel Ermənistandır!” şüarı ilə uyğun cavab vermək haqqı var.

Qeyd edək ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 2020-ci il oktyabrın 4-də “Əl-Ərəbiyə” televiziya kanalına müsahibəsində Fransanın Azərbaycanın ərazi bütövlüyünə qarşı tutduğu mövqe ilə bağlı bunları bildirmişdi: “Əgər Fransa Dağlıq Qarabağ üçün öz müqəddəratını təyinetmə istəyirsə, qoy onlar demək olar ki, sakinlərinin yarısı ermənilərdən ibarət olan Marsel şəhərini onlara versinlər və onlara Dağlıq Qarabağ respublikası elan etməyə icazə versinlər və qoy onlara müstəqillik versinlər. Qoy Korsikaya müstəqillik versinlər, qoy basklara müstəqillik versinlər”.

Fevralın 24-də Bakıda Tofiq Bəhramov adına stadionda keçiriləcək. Odur ki, həmin oyun zamanı stadionda bir qrup “Marsel Ermənistandır!” şüarını nümayiş etdirsə, buna rəsmi Parisin, UEFA, Fransa Futbol Federasiyasının reaksiyası necə olar?


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam