Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

"Qarabağ" - "Marsel" oyununun yeri -azarkeş tutumuna görə dəyişdirilə bilər

Qarabağ - Marsel oyununun yeri azarkeş tutumuna görə dəyişdirilə bilər

"Qarabağ" klubunun Fransa "Marsel"i ilə UEFA Konfrans Liqasının pley-off mərhələsindəki ev oyunu Bakı Olimpiya Stadionunda (BOS) keçirilə bilər.

Yenixeber.org: Bu, Tofiq Bəhramov adına Respublika stadionunun icazə verilən tamaşaçı tutumunun azlığı ilə əlaqədardır. Nazirlər Kabineti yanında Operativ Qərargahın müəyyənləşdirdiyi qaydalara əsasən, açıq havada keçirilən idman tədbirlərinə tamaşaçı tutumunun 50 faizi qədər bilet satılır. 31 200 tamaşaçı tutumuna malik mərkəzi arena üçün bu rəqəm 15 500 anlamına gəlir.

68 000 yerlik BOS isə mövcud qaydalara əsasən, Respublika stadionunun ümumi tutumundan çox - 34 000 tamaşaçı qəbul etməyə qadirdir.

"Marsel"in ad-sanlı klub olduğunu və görüşün əhəmiyyətini nəzərə alaraq, oyuna xeyli azarkeşin gələcəyi güman olunur.

"Qarabağ" klubunun mətbuat katibi Gündüz Abbaszadə oyunun BOS-da keçirilmə ehtimalını istisna etməyib: "Hələ dəqiq heç nə yoxdur. Belə bir variant mümkündür".

Qarşılaşmaya tam hazır olduqlarını vurğulayan Respublika stadionunun direktoru Şamil Quliyev bildirib ki, oyun məkanının dəyişdirilməsinin mümkünlüyündən məlumatsızdır.

"Çox istərdik ki, görüş stadionumuzda olsun. Amma bizə belə bir istək gəlməyib". Bunu isə BOS-un İctimaiyyətlə əlaqələr şöbəsinin Fərid Əsədzadə deyib.

Qeyd edək ki, UEFA-nın rəsmi saytı "Qarabağ"ın "Marsel" komandası ilə ilk oyununu 2022-ci il fevralın 17-də "Marsel" stadionunda, cavab görüşünü isə fevralın 24-də Respublika stadionunda təşkil olunacağını açıqlayıb.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam