Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

Azad Rəhimovun xatirə turnirinə -start verilib

Azad Rəhimovun xatirə turnirinə start verilib

Mərhum gənclər və idman naziri Azad Rəhimovun xatirəsinə həsr olunmuş şahmat turnirinin açılış mərasimi keçirilib.

Yenixeber.org: Nazirliyin Mətbuat xidmətindən  verilən məlumata görə, məktəblilər arasında təşkil edilən turnirin açılışından əvvəl qurumun rəhbərliyi və kollektivi, eləcə də tədbir iştirakçıları II Fəxri Xiyabanda Azad Rəhimovun məzarını ziyarət ediblər.

Məzar önünə nazirlik adından əklil və gül dəstələri qoyulub. 132-134 saylı Təhsil Kompleksinin akt zalındakı açılış mərasimində əvvəlcə A.Rəhimov haqqında hazırlanmış qısa metrajlı film nümayiş olunub. Sonra kompleksin direktoru Sara Xanlarova, gənclər və idman naziri Fərid Qayıbov, təhsil nazirinin müavini Firudin Qurbanov, Milli Olimpiya Kompleksinin vitse-prezidenti Çingiz Hüseynzadə, Şahmat Federasiyasının prezidenti Elman Rüstəmov, Məktəb İdmanları Federasiyasının prezidenti Sevinc Hüseynova çıxış ediblər.

Yarış qonaqlarla ailə üzvlərinin ilk şahmat gedişi etməsi ilə start götürüb.

Rəsmi hissədən sonra vaxtilə təhsil aldığı bu məktəbdə A.Rəhimov üçün yaradılmış xatirə güşəsinə baxış keçirilib.

Qeyd edək ki, bu gün – Azad Rəhimovun doğum günündə startı verilən turnir 3 saylı Respublika İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər İdman Məktəbində oktyabrın 15-dək davam edəcək. Klassik turnirdə 9 rayon və şəhərdən 16 yaşadək 100-dən çox məktəbli şahmatçı yarışacaq.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam