Redaktor seçimi
“Antikorrupsiya məzunu”nun paradoksu: Yalçın Rəfiyevin ailə şirkətləri dövlət tenderlərini necə qazanır? -
QHT-lərə Dövlət Dəstəyi Agentliyində daha bir MÜƏMMA:
Deputat Şahin İsmayılovu Ramiz Mehdiyevə nələr bağlayır?!: QHT şəbəkəsinin daha bir üzvü ifşa olundu -
Ramiz Mehdiyevin media və QHT sektoruna nüfuzu…-
Hökməlidə hökm sahibi Güləhməd Xəlilovdur(?)! –
Aygün Əliyevanın Prezidentin sabiq mətbuat katibinə “dostluq sədaqəti” –
QHT-lərə Dövlət Dəstəyi Agentliyində Şeyx Nəsrullah ruhu:
Yusif Yusibovu Ramiz Mehdiyevlə nə bağlayır(?)! –
Günün xəbəri

Tokio-2020: -Azərbaycanın 27 idmançısı çıxışını bitirib, 2-si medal qazanıb

Tokio-2020: Azərbaycanın 27 idmançısı çıxışını bitirib, 2-si medal qazanıb

Azərbaycanın daha üç təmsilçisi Tokio-2020 Yay Olimpiya Oyunlarında mübarizə aparıb.

Yenixeber.org: Kişilərin kiçikçaplı tapançadan 25 metr məsafəyə atəşaçma yarışına qatılan Ruslan Lunyov ikinci təsnifat mərhələsində 286 xal toplayıb. Ötən gün hakimlərdən 281 xal alan idmançı yekunda 567 xal toplayıb və finala yüksəlmək şansını itirib.

Güləşçilər isə Tokio-2020-də ilk dəfə çıxış edib. 77 kq-da yarışan yunan-Roma güləşçisi Rafiq Hüseynov 1/8 finalda isveçli Aleks Kessidisə qalib gəlsə də, növbəti raundda Akjol Mahmudova (Qırğızıstan) uduzub. Lakin rəqibi finala çıxdığından, Hüseynov təsəlliverici görüşdə tunisli Lamjed Maafi ilə qarşılaşacaq. Avropa çempionu qələbə qazanacağı təqdirdə, bürünc medal qarşılaşmasında Karapet Çalyana rəqib olacaq.

Qadınların mübarizəsində isə Elis Manolova 1/8 finalda nigeriyalı Blessinq Oborududu ilə bacarmayıb. Lakin rəqib finala yüksəldiyindən Manolova təsəlliverici qarşılaşmada iştirak hüququ qazanıb.

Medal qazananlar

Cüdo: İrina Kindzerska (+78 kq) (bürünc)

Boks: Alfonso Dominges (81 kq) (bürünc)

Medal qazana bilməyənlər

Cüdo: Kəramət Hüseynov (60 kq), Orxan Səfərov (66 kq), Rüstəm Orucov (73 kq), Murad Fətiyev (81 kq), Məmmədəli Mehdiyev (90 kq), Zelim Kotsoyev (100 kq), Uşangi Kokauri (+100 kq) Aişə Qurbanlı (48 kq)

Boks: Tayfur Əliyev (57 kq), Cavid Çələbiyev (63 kq), Lorenso Sotomayor (69 kq), Məhəmməd Abdullayev (+91 kq)

Taekvondo: Milad Beigi Hərçəqani (80 kq), Fəridə Əzizova (67 kq)

İdman gimnastikası: İvan Tixonov, Marina Nekrasova

Üzgüçülük: Maksim Şemberev, Məryəm Şeyxəlizadə Xangah

Güllə atıcılığı: Emin Cəfərov

Triatlon: Rostislav Pevtsov

Qılıncoynatma: Anna Başta

Badminton: Edi Reski Dviçayo

Velosiped idmanı: Elçin Əsədov

Çəkicatma: Anna Skidan

Atıcılıq: Ruslan Lunyov


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam