Redaktor seçimi
111№-li məktəbin 1№-li problemi:
Məmur QHT-si, dövlət qrantı və korrupsiya: Agentlik kimi qoruyur?-
Anar Əlizadə-Mübariz Mənsimov qarşıdurması yenidən başladı: 
QHT-lərə Dövlət Dəstəyi Agentliyi dövlət büdcəsini kofe aparatlarında "əridir" -
Qrant layihələri vaxtı bitən kampaniyalar kimi...-
“Azergold”da növbəti tender müəmması -
Musiqi məktəbinin ali təhsilli müəllimindən Adil Kərimliyə müraciət:
Gəncə Dövlət Universiteti rektorunun qapısında təhqir maşını...-
Günün xəbəri

Azərbaycanın qadın güləşçiləri-Avropa çempionatında məğlub oldu

 

Azərbaycanın qadın güləşçiləri İtaliyanın paytaxtı Romada keçirilən Avropa çempionatında mübarizəyə başlayıb. 

Yenixeber.org:  50 kq çəki dərəcəsindəki Türkan Nəsirova 1/8 finalda Emiliya Alina Vuka (Rumıniya) uduzub.

Elmira Qəmbərova (59 kq) isə Ukrayna təmsilçisi Angelina Lisakla (Ukrayna) bacarmayıb - 4:10. Hər iki azərbaycanlı pəhləvan yenildikləri rəqiblərin finaladək irəliləyə bilməmələri səbəbindən mübarizəni dayandırıb. 

68 kq-da yarışan İrina Netreba da ilk görüşdə məğlub olub. O, ukraynalı Alla Çerkasovanın müqavimətini qıra bilməyib - 4:5. Güləşçilərdən yalnız Sabirə Əliyeva mərhələ adlaya bilib. 76 kq çəki dərəcəsindəki idmançı yunanıstanlı Aykaterini Pitsiavaya qalib gəlsə də, rusiyalı Yekaterina Bukinaya məğlub olub. 

Çerkasova və Bukina finala çıxsa, Netreba və Əliyeva təsəlliverici görüşlərə qatılacaqlar. 

Qeyd edək ki, daha öncə Azərbaycan yunan-Roma güləşçilərindən Sənan Süleymanov (77 kq) qızıl, Eldəniz Əzizli (55 kq) və İslam Abbasov (87 kq) bürünc medal qazanıb. 82 kq-dakı Rafiq Hüseynov isə finala yüksəlib. Hüseynov bu gün qızıl medal uğrunda qarşılaşmada Bolqarıstan təmsilçisi Daniel Tixomirov Aleksandrov ilə üz-üzə gələcək. Murad Bazarov (60 kq) və Ülvü Qənizadə (72 kq) bürünc medal uğrunda görüşə çıxacaqlar. Onlar müvafiq olaraq Haleri Haegisalu (Estoniya) və Adam Kurakla (Rusiya) üz-üzə gələcəklər. 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam