Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

Tokio-2020: -Hacı Əliyev və Şərif Şərifovun əsas rəqibləri açıqlandı

Tokio-2020: Hacı Əliyev və Şərif Şərifovun əsas rəqibləri açıqlandı

Sərbəst güləş üzrə Rusiya yığmasının Tokio-2020 Yay Olimpiya Oyunları üçün heyəti açıqlanıb.

Yenixeber.org: Komandada Zaur Uquyev (57 kq), Hacımurad Rəşidov (65 kq), Zaurbek Sidakov (74 kq), Artur Nayfonov (86 kq), Abdulrəşid Sadulayev (97 kq) və Sergey Kozırev (125 kq) yer alıb.

Rəşidov Azərbaycan təmsilçilərindən 3 qat Avropa və 3 dünya çempionu Hacı Əliyevin, Sidakov Hacımurad Hacıyevin, Sadulayev isə olimpiya, dünya və Avropa çempionu Şərif Şərifovun ən əsas rəqiblərindən olacaq.

Sadulayev hazırkı olimpiya çempionu olmaqla yanaşı, 4 qat dünya və Avropa çempionudur. Rəşidov və Sidakov isə iki dəfə dünya çempionu adını qazanıb.

Qeyd edək ki, Tokio Yay Olimpiya Oyunlarının 23 iyul - 8 avqustda keçirilməsi planlaşdırılıb. Olimpiadada sərbəst güləş yarışları 4 - 7 avqustda gerçəkləşəcək.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam