Redaktor seçimi
Sahib Məmmədovun "islahatları" AHİK-nı borca salıb -
Jurnalistika problemi və ya məsələ təkcə qəzetlər deyil -
Vüqar Gülməmmədovun qayınatasının qoçu şirkəti: Olympus Park-a gözün üstdə qaşın var deyən tapılacaqmı? -
“Antikorrupsiya məzunu”nun paradoksu: Yalçın Rəfiyevin ailə şirkətləri dövlət tenderlərini necə qazanır? -
QHT-lərə Dövlət Dəstəyi Agentliyində daha bir MÜƏMMA:
Deputat Şahin İsmayılovu Ramiz Mehdiyevə nələr bağlayır?!: QHT şəbəkəsinin daha bir üzvü ifşa olundu -
Ramiz Mehdiyevin media və QHT sektoruna nüfuzu…-
Hökməlidə hökm sahibi Güləhməd Xəlilovdur(?)! –
Günün xəbəri

"Neftçi" -Polşa klubuna irad bildirdi, alçaldıcı video silindi

Neftçi Polşa klubuna irad bildirdi, alçaldıcı video silindi

"Neftçi" Polşanın "Visla" (Plotsk) klubuna keçən sabiq futbolçusu Anton Krivotsyukun təqdimatı zamanı Azərbaycanın və flaqmanın bayrağına hörmətsizliklə bağlı Plotsk təmsilçisinin rəhbərliyinə irad bildirib.

Yenixeber.org: Bu barədə paytaxt klubunun Mətbuat və ictimaiyyətlə əlaqələr departamentinin rəhbəri Rüstəm Allahverdiyev məlumat verib.

Onun sözlərinə görə, artıq sözügedən video bütün sosial platformalardan və yutubdan silinib: "Bizə dedilər ki, həmin detallara fikir verməyiblər. Səhvlərini etiraf etdilər və videonu sildiklərini söylədilər".

Allahverdiyev bu barədə Krivotsyukun özü ilə də danışığın olduğunu söyləyib: "Antonla da söhbətimiz oldu. Həmin vaxt bu məsələ onun da ağlına gəlməyib. Əsas odur ki, problem aradan qalxdı".

Qeyd edək ki, Anton Krivotsyuk "Visla" ilə 2 illik müqavilə bağlayıb. Futbolçunun təqdimat videosunda Azərbaycanın və "Neftçi"nin bayraqları yerə atılıb.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam