Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

Boksçumuz -ermənini məğlub etdi

Boksçumuz ermənini məğlub etdi

Azərbaycan boksçusu Lorenzo Sotomayor Fransanın paytaxtı Parisdə keçirilən Avropa Olimpiya Təsnifat Turnirində 1/4 finala yüksəlib.

Yenixeber.org:  69 kq çəki dərəcəsində mübarizə aparan Rio-2016 Yay Olimpiya Oyunlarının gümüş medalçısı Danimarkanı təmsil edən erməni rəqibi Sebastian Terteryanı mübarizədən kənarlaşdırıb. O, rəqibini 4:1 (29:28, 29:28, 29:28, 29:28, 28:29) hesabı ilə məğlub edib.

Sotomayor yarışa ötən il martın 14-də Böyük Britaniyanın paytaxtı Londonda başlayıb. O, koronavirus pandemiyası üzündən cəmi 3 gün davam edən turnirin 1/16 finalında moldovalı Dmitri Qalaqota qalib gəlib. Yarış bu gün bərpa olunub. Kuba əsilli boksçunun çəki dərəcəsində ilk 6 yeri tutacaq idmançılar Tokio-2020-yə lisenziya qazanacaq.

Sotomayordan öncə rinqə çıxan Aynur Rzayeva (75 kq) isə polşalı Yelizaveta Vojçikə uduzub.

Qeyd edək ki, bu gün daha iki azərbaycanlı boksçu mübarizəyə qoşulacaq.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam