Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

Ermənilər Bakıya gəlməyəcək

 

Rusiya Boks Federasiyasının prezidenti bu barədə açıqlama verib

 

"Boks üzrə Rusiya millisinin iki erməni əsilli idmançısı Bakı 2015 Avropa Oyunlarında iştirak etməyəcək".
"Xeberinfo.com":  Ans press-in məlumatına görə, bu barədə Rusiya Boks Federasiyasının prezidenti Yevgeni Sudakov deyib. 
O bildirib ki, əsas hədəf 2016-cı ildəki Olimpiadalara vəsiqə qazanmaqdır: "Avropa Oyunlarında çıxış edəcək komandanın tərkibi haqqında qərar WSB liqasında yarışların tamamlanmasından sonra veriləcək. Bu barədə yekun sözü Rusiyanın Boks Federasiyasının icraiyyə komitəsi deyəcək". 
Federasiya prezidenti qeyd edib ki, APB və WSB liqalarında iştirak etmiş boksçuların hamısı Avropa Oyunlarda çıxış edə bilməz: "David Ayrapetyan və Mişa Aloyan oyunlarda iştirak etməyəcək. Çünki onlara yeni olimpiya mövsümündən əvvəl bərpa olmaq lazımdır. Düşünürəm ki, Bakıda bizim ehtiyat komandamız çıxış edəcək. Biz Bakıda qalib gəlməyi hədəfləyirik".
Qeyd edək ki, erməni əsilli boksçular David Ayrapetyan və Mişa Aloyan Rusiya yığmasının üzvləridir.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam