Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

“Avropa Oyunlarını Olimpiada adlandıra bilərik”

 

“Bakıda keçirilən I Avropa Oyunları tarixi hadisədir. Biz faktiki olaraq bu tarixi anların şahidi oluruq”.
 

"Xeberinfo.com":  Məlumata görə, bu barədə Beynəlxalq Sambo Federasiyasının prezidenti Vasili Şestakov “Vestikavkaz” saytına açıqlamasında deyib.
 

Onun sözlərinə görə, samboçular ilk dəfə belə böyük yarışlarda iştirak edir: “Bu oyunları Olimpiada da adlandıra bilərik. Biz müxtəlif turnirlərdə çıxışlar edirik. Lakin Avropa Oyunları kimi böyük səviyyəli turnirdə çıxış etməyimiz, artıq sambonun Olimpiya səviyyəsinə çıxması deməkdir. Bu həm də sambonun belə böyük səviyyəli yarışlarda çıxış etməyə hazır olduğunu göstərdi. Hesab edirəm ki, Avropa Oyunlarından sonra sambonun reytinqi daha da artacaq”.
 

V. Şestako Avropa Oyunlarında 21 ölkənin samboçularının mübarizə apardığını bildirib: “Əlbəttə, biz daha çox çəki kateqoriyasının qatılmasını istəyərdik. Lakin hazırki vəziyyətdə də samboçular yaxşı çıxış etdi. Azərbaycan dörd gümüş medal qazandı. Bu təqdirəlayiq haldır”.
 

Federasiyanın prezidenti sambonun Olimpiya proqramına daxil edilməsi istiqamətində iş aparıldığını diqqətə çatdırıb.
 

“Avropa Oyunlarında iştirak hədəfimizə çatmağa kömək edəcək. Mən Bakıda samboya olan azarkeş marağına da toxunmaq istəyirəm. İnsanlar və KİV tərəfindən diqqət böyükdür. Hətta idmançının hansı ölkəni təmsil etməsinə baxmayaraq, tamaşaçılar böyük dəstək göstərdi. Prezident İlham Əliyevin ailəsi ilə birgə sambo yarışını birbaşa izləməsi çox qürurverici hal idi. Biz bununla fəxr edirik”, - deyə  V. Şestakov vurğulayıb.

 

Publika.az


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam