Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

Güləş millimizin bir neçə üzvü -koronavirusa yoluxub

Sərbəst güləş üzrə Azərbaycan millisinin bir neçə üzvü koronavirusa yoluxub.

Yenixeber.org: Bu barədə Azərbaycan Güləş Federasiyasının rəsmi "Feysbuk" səhifəsi məlumat yayıb.

Bildirilib ki, qurum pandemiyanın Azərbaycanda yayıldığı ilk günlərdən məsələyə həssas yanaşıb: "Məhz bu səbəbdən bir neçə ay yığma komandaların məşqlərinə ara verilib. Yalnız iyun ayından milli komandalar üçün məşq etməyə icazə verildikdən sonra hazırlıq prosesinə start verilib. Ancaq məşqlərdə əsas komandaya daxil olan güləşçilərin iştirakı nəzərdə tutulub. Bu da sırf dekabrda Serbiyada keçiriləcək fərdi Dünya Kuboku ilə bağlı keçirilən hazırlıq prosesindən ibarətdir. Güləşçilər və məşqçilər arasında koronavirusun yayılmaması üçün bütün zəruri tədbirlər həyata keçirilib. Olimpiya Güləş Mərkəzində giriş qapılarında dezinfeksiya məhlulları quraşdırılıb və güləşçilər arenaya daxil olarkən bundan istifadə edir. Eyni zamanda, hər məşqdən əvvəl bütün heyətin hərarəti bir-bir yoxlanılır və temperaturu yüksək olanlar məşqdə iştirak etmir. Mütəmadi olaraq güləşçilərdən və məşqçilərdən testlər götürülməklə yanaşı, federasiyanın təlim-məşq bazası, yataqxanası və ofisi dezinfeksiya olunur. Cümə günü növbəti dəfə bütün heyət testdən keçirilib. Nəticədə bir neçə sərbəst güləşçinin testi pozitiv çıxdığı üçün onlar karantinə alınıb".

Azərbaycan Güləş Federasiyası koronavirus pandemiyası ilə mübarizədə bütün profilaktik tədbirlər gördüyünü və bu məsələdə maksimum həssaslıq nümayiş etdirdiyini də vurğulayıb.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam