Redaktor seçimi
Sahib Məmmədovun "islahatları" AHİK-nı borca salıb -
Jurnalistika problemi və ya məsələ təkcə qəzetlər deyil -
Vüqar Gülməmmədovun qayınatasının qoçu şirkəti: Olympus Park-a gözün üstdə qaşın var deyən tapılacaqmı? -
“Antikorrupsiya məzunu”nun paradoksu: Yalçın Rəfiyevin ailə şirkətləri dövlət tenderlərini necə qazanır? -
QHT-lərə Dövlət Dəstəyi Agentliyində daha bir MÜƏMMA:
Deputat Şahin İsmayılovu Ramiz Mehdiyevə nələr bağlayır?!: QHT şəbəkəsinin daha bir üzvü ifşa olundu -
Ramiz Mehdiyevin media və QHT sektoruna nüfuzu…-
Hökməlidə hökm sahibi Güləhməd Xəlilovdur(?)! –
Günün xəbəri

“Hafka” generalla 100 minlik qalmaqaldan danışdı:“Onu yaxşı tanıyıram”

“Hafka” generalla 100 minlik qalmaqaldan danışdı: “Onu yaxşı tanıyıram”

"Hafka” ləqəbli Hafiz Məmmədov adlı iş adamı Ədliyyə Nazirliyinin İcra Baş İdarəsinin rəisi, III dərəcəli dövlət ədliyyə müşaviri (ədliyyə general-mayoru) Nürəddin Mustafayevlə adının hallanmasına münasibət bildirib. 

Yenixeber.org: Hafiz Məmmədov sayta açıqlamasında əvvəlcə İsmayıl Kəngərlinin onun vəkili olduğunu təsdiqləyib və daha sonra yayılan məlumatlara aydınlıq gətirib.

"Guya yazırlar ki, tələbkar olduğum qətnamənin icrası ilə bağlı generala 100 min manat pul vermişəm. Həqiqətən, mən bu məsələlərdən məlumatsızam. Bizim heç vaxt belə məsələlərdə problemimiz ola bilməz. Bizim kiminlə problemimiz var ki? İsmayıl Kəngərli özü də bu məsələ ilə bağlı aydınlıq gətirib", - o "MediaPost”a açıqlamasında bildirib. 

Hafiz Məmmədov general Nurəddin Mustafayevlə şəxsi münasibətlərinin olub-olmamasından da danışıb: "Şəxsi tanışlığım yoxdur. Onun harada işlədiyini bilirdim, kim olduğunu yaxşı tanıyıram”. 

Xatırladaq ki, tanınmış vəkil Adəm Məmmədov vəkil İsmayıl Kəngərlinin adından general Nürəddin Mustafayevin işdən çıxarılmasının səbəbini sözügedən məsələ ilə bağlı olduğunu iddia edib. ("MediaPost”)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam