General-polkovnik Azərbaycanın güc strukturlarında ən yüksək rütbə sayılır.
Yenixeber.org: Bu rütbəni ölkənin müdafiə, fövqəladə hallar, daxili işlər nazirləri, o cümlədən baş prokuror, xidmət rəisləri və başqaları daşıyır.
General-polkovnik rütbəsi Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin imzaladığı sərəncamlarla təyin olunur.
Hazırda vəzifə başında olan və istefaya göndərilən general-polkovnik rütbəsini daşıyan şəxslərin siyahısını təqdim edirik:
1. Zakir Həsənov – Müdafiə naziri
2. Nəcməddin Sadıqov – Müdafiə nazirinin 1-ci müavini, Silahlı Qüvvələrin Baş Qərargah rəisi
3. Vilayət Eyvazov – Daxili işlər naziri
4. Kəmaləddin Heydərov – Fövqəladə Hallar naziri
5. Elçin Quliyev – Dövlət Sərhəd Xidmətinin rəisi
6. Vaqif Axundov – Xüsusi Dövlət Mühafizəsi Xidmətinin rəisi
7. Bəylər Əyyubov – Xüsusi Dövlət Mühafizəsi Xidməti rəisinin 1-ci müavini və Prezidentin Şəxsi Mühafizə İdarəsinin rəisi
8. Zakir Qaralov – Baş prokuror, I dərəcəli dövlət ədliyyə müşaviri
9. Fikrət Məmmədov – Ədliyyə naziri, I dərəcəli dövlət ədliyyə müşaviri
10. Mədət Quliyev – Müdafiə sənayesi naziri
11. Ramil Usubov – Prezident yanında Təhlukəsizlik Şurasının katibi
12. Səfər Əbiyev – Eks-müdafiə naziri
13. Aydın Əliyev – Dövlət Gömrük Komitəsinin keçmiş sədri
14. Fazil Məmmədov – I dərəcəli dövlət vergi xidməti müşaviri.
15. Namiq Abbasov – Sabiq milli təhlükəsizlik naziri (1995-2004)
16. Tofiq Ağahüseynov – Böyük Vətən müharibəsi veteranı, Respublika Veteranlar Təşkilatının sədri (SSRİ Silahlı Qüvvələrində general-polkovnik rütbəsi alan ilk azərbaycanlı)
17. Eldar Mahmudov – sabiq milli təhlükəsizlik naziri.
(baku.ws)