Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

Hövsan camaatını ayağa qaldıran məktəb direktoru cəzalandırıldı


 

Bakı şəhəri 118 nömrəli tam orta məktəbdə 19 yanvar 2015-ci il tarixində baş vermiş hadisə ilə bağlı Təhsil Nazirliyinin 21 yanvar 2015-ci il tarixli 37 nömrəli əmrinə əsasən, həmin təhsil müəssisəsinin fəaliyyətinin araşdırılması başa çatıb.

"Xeberinfo.com":   Məlumata görə, Təhsil Nazirliyi və Suraxanı Rayon İcra Hakimiyyəti nümayəndələrinin birgə apardığı araşdırma zamanı məktəbin fəaliyyətinin “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanununa, mövcud normativ sənədlərin tələblərinə uyğunluğu, idarəetmənin təşkili, təlim-tərbiyə prosesinə nəzarət, fənlərin tədrisi və digər aidiyyəti məsələlərə aydınlıq gətirilib.

Araşdırma dövründə məktəbin direktoru Qardaşxan Səlimov Təhsil Nazirliyi tərəfindən vəzifəsinin icrasından kənarlaşdırılmış və təhsil müəssisəsinin idarə olunması Bakı Şəhəri üzrə Təhsil İdarəsinin əməkdaşına həvalə edilmişdi.

Araşdırma nəticəsində məktəbdəki tədris prosesinin təşkilinin ümumən qənaətbəxş olduğu və şagirdlərin davamiyyətinin, müəllimlərin peşəkarlıq səviyyəsinin Bakı şəhəri üzrə orta göstəricilərə uyğunluğu məlum olub. Eyni zamanda, məktəb üzrə təhsilin keyfiyyət göstəricilərinin təhlili nəticəsində ildən-ilə təhsilalanların nailiyyətlərinin (məktəb buraxılış imtahanları və ali təhsil müəssisələrinə qəbul imtahanları üzrə) davamlı müsbət dinamikası müəyyənləşdirilib.

Hadisənin ilkin səbəbinin məktəbin tarix müəlliminin xəstəliyi ilə əlaqədar direktorun şifahi icazəsi əsasında dərsburaxma hallarına yol verilməsi və buraxılan dərslərin əvəz olunmaması göstərildiyindən araşdırma zamanı 2014/2015-ci tədris ilində müxtəlif səbəblərdən bütün dərsburaxma halları araşdırılıb. Buraxılan dərslərin əksər hissəsinin ixtisaslı müəllimlər tərəfindən, bir qisminin isə qeyri-ixtisaslı pedaqoji kadrlar tərəfindən əvəz edilməsi (məsələn, hadisəyə ilkin səbəb olan, tarix müəlliməsinin hamiləliyi ilə əlaqədar həqiqətən dərsləri buraxdığı və həmin dərslərin biologiya və riyaziyyat ixtisası olan pedaqoji kadrlar tərəfindən əvəz olunmuşdur) və ya boş keçməsi halları müəyyən edilib.

Komissiya tərəfindən araşdırılmış bütün məsələlərin nəticələri nəzərə alınaraq, məktəbin direktoru Qardaşxan Səlimovun intizam məsuliyyətinə cəlb olunaraq, iş yerinin dəyişdirilməsi haqqında qərar qəbul edilib.

Növbəti üç ay ərzində məktəbin idarə edilməsi Nizaməddin Ağcayevə həvalə olunub.

Digər məsələlərə hüquqi qiymət verilməsi məqsədilə toplanılmış materiallar aidiyyəti qurumlara göndərilib.

Qeyd edək ki, Bakının Suraxanı rayonu, Hövsan qəsəbəsi sakinləri səhər saatlarında 118 saylı orta məktəbin qarşısında etiraz aksiyası keçirilib. Buna səbəb valideyn və şagirdlərin məktəb direktorunun fəaliyyətindən narazı olması olub. 118 nömrəli tam orta məktəbin ətrafında baş verən hadisə zamanı dünyasını dəyişən Elmar Əliyevin ölümünün səbəbi müvafiq hüquq-mühafizə orqanları tərəfindən araşdırılır.

Virtualaz.org


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam