Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

“Nurgün” şirkətlər qrupunun vitse-prezidenti oteldə ölü tapıldı

 

“Nurgün” şirkətlər qrupunun vitse-prezidenti Müşfiq Səfiyevin üzərində zorakılıq olmayan meyiti bu gün saat 17:00 radələrində Salyan Olimpiya-İdman Kompleksinin mehmanxanasında aşkarlanıb.

"Xeberinfo.com":  Virtualaz.org saytının Şirvan bürosunun müxbiri xəbər verir ki, şirkətin Salyandakı fəaliyyəti ilə əlaqədar rayona gələrək həmin mehmanxanada qalan vitse-prezident qapının döyülməsinə və telefon zənglərinə cavab verməyib. Bunu görən otel işçiləri onun qaldığı otağa pəncərədən daxil olarkən şirkət rəsmisinin meyitini görüblər. O, artıq çoxdan keçinibmiş.

Mərhumun cəsədinin ətrafına istifadə etdiyi dərmanlar da səpələnibmiş.

50 yaşlı Müşfiq Səfiyev yüksək qan təzyiqindən əziyyət çəkdiyi üçün onun beyninə qan sızdığı ehtimal olunur.

Faktla bağlı Salyan Rayon Prokurorluğunda araşdırmalara başlanılıb.

Əlavə məlumatlar verməyə çalışacağıq. Virtualaz.org saytının müxbiri hadisəni araşdırmaqla məşğuldur.

Qeyd edək ki, mərhum M.Səfiyev tanınmış şair Əli Vəkilin oğludur.

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam