Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

Oteldə turistin meyiti tapıldı


 

Son günlər paytaxta və regionlara ərəb ölkələrindən gələn turustlərin sayı durmadan artır.

Xeberinfo.com:  Az qala hər addımbaşı ərəb turistlərə rast gəlinir.

Paytaxta qonaq kimi təşrif buyuran, BƏƏ vətəndaşı Almuhanna Muhammed Ali Aminin qaldığı oteldə onun meyiti aşkar edilib.

Ərəb turustin cəsədi Neftçilər prospektində yerləşən “JW Marriott Absheron” mehmanxanasından tapılıb. Meyitin üzərində heç bir zorakılıq əlamətləri aşkar edilməyib. Cəsədin 1953-cü il təvəllüdlü BƏƏ vətəndaşı Almuhanna Muhammed Ali Aminə məxsus olduğu müəyyənləşdirilib.

Çəkisi 270 kiloqram olan ərəb turistin kəskin ürək çatışmazlığından keçindiyi bildirilir. Digər tərəfdən, onun şəkərli diabetdən əziyyət çəkməsi də məlum olub. Ölümündən əvvəl mərhum qarın nahiyəsinə insulin vurub. Onun Azərbaycana tək gəldiyi bildirilir.

Hazırda əcnəbinin nəşinin öz ölkəsinə göndərilməsi üçün sənədlər hazırlanır.

Faktla bağlı Səbail rayon Prokurorluğunda cinayət işi başlanıb, araşdırma aparılır.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam