Redaktor seçimi
QHT-lərə Dövlət Dəstəyi Agentliyi dövlət büdcəsini belə talan edir! -
Əziz Quliyev İmişlidə azyaşlıları maşınla vurmasını ört-basdır etməyə çalışır -
Yaşam Klinikasında Məhəmməd Mehdi Aslaninin yaşatmaq vədləri:
Böyük Britaniyada hüquqşünas Eldar Mahmudova görə cərimələnib -
Saleh Məmmədovun asfalt zavodu Ermənistanın Metsamor AES-i kimi:Tüstüdə gizlənən milyonlar və kəsilən nəfəslər –
AzTU-nun kafedra müdiri müəllimləri “quş” adlandırır?! -
“AzerGold”da diqqətçəkən vəzifə bölgüsü:
Deputat Əlibala Məhərrəmzadənin sərvətlərinin YENİ SİYAHISI
Günün xəbəri

Bakıda -saxta araq sexi işlədən şəxsi həbs edildi

Bakıda saxta araq sexi işlədən şəxsi həbs edildi

İqtisadiyayt Nazirliyi yanında Dövlət Vergi Xidməti tərəfindən Bakıda keçirilmiş vergi nəzarəti tədbirləri zamanı alkoqollu içkilərin qanunsuz istehsalı, saxta aksiz markaları ilə markalanmış və ya aksiz markası olmadan satışı fəaliyyəti ilə məşğul olan şəxs həbs edilib. 

Yenixeber.org: Reyd zamanı Bakı şəhərinin Nəsimi rayonunda Elşad Qənbər oğlu Əliyevin qanunsuz olaraq əmtəə nişanı adından istifadə etməklə alkoqollu içkilərin istehsalı fəaliyyəti ilə məşğul olduğu müəyyən edilib. İlkin araşdırmalar zamanı istehsal sexində bir neçə rulon istifadə olunmamış saxta aksiz markaları, Rusiya Federasiyasının aksiz markaları, saxta etiket, qapaqlar, boş butulkalar, saxta aksiz markaları ilə markalanmış alkoqollu içkilər aşkar edilib. Elşad Əliyev barəsində Cinayət Məcəlləsinin 200.4-cü (Bilə-bilə pis keyfiyyətli məhsulların istehsalı, satışa buraxılması və ya belə məhsulların satışı, onların keyfiyyətsiz olmasının gizlədilməsi ehtiyatsızlıqdan ağır nəticələr səbəb olma) və 205-1-ci (Saxta aksiz markalarının dövriyyəsi) maddələri ilə cinayət işi başlanıb və onun barəsində Nəsimi Rayon Məhkəməsinin hakimi Ceyhun Tağıyevin sədrliyi ilə həbs-qətimkan tədbiri seçilib. 

Qeyd edək ki, E.Əliyev 2017-ci ildə eyni maddələrlə məhkumluq həyatı yaşayıb.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam