Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

Narkoşəbəkə ifşa olundu —DSX-dan ƏMƏLİYYAT

 

 

Dövlət Sərhəd Xidmətinin (DSX) dövlət sərhədinin etibarlı müha­fizəsi istiqamətində həyata keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticə­sində Azərbaycan ərazisinə narkotik vasitələrin qeyri-qanuni gətirilməsinin qarşısı alınıb.


Yenixeber.org: DSX-dən verilən məlumata görə, xidmətin Sərhəd Qoşunlarının "Horadiz” sərhəd dəstəsinin xidməti ərazisində martın 22-də Füzuli rayonunun Böyük Bəhmənli kəndi yaxınlığındakı sərhəd zastavasının xid­­məti sahəsində aşkaredici qurğudan dövlət sərhədinin pozulması barədə siqnal daxil olub. 


Sərhəd zastavası dərhal "silaha” komandası ilə qaldı­rılaraq həmin sahə istiqamətində hərəkət edib və İran İslam Respub­likasından Azərbaycana doğru 2 nəfərə məxsus ayaq izləri aşkarlanıb.


Dövlət sərhədinin pozulması ilə əlaqədar Daxili İşlər Nazirliyinin Füzuli rayon şöbəsinin əməkdaşları ilə birgə keçirilmiş kompleks əməliy­yat-axtarış tədbirləri nəticəsində 23 mart tarixində saat 07:00 radələrində Horadiz-Bakı avtomobil yolunun Füzuli rayonu Aşağı Yağlıvənd kəndi his­sə­sində "Opel” markalı avtomobildə olan 1 nəfər İran İslam Respublikasının vətəndaşı 1993-cü il təvəllüdlü Xeyrabadi Səccad Qurban oğlu, 2 nəfər Azərbaycan vətəndaşı 1989-cu il təvəllüdlü İlyasov Zöhrab Şərafəddin oğlu və 1992-ci il təvəllüdlü Əliyev Toğrul İsa oğlu şüb­həli şəxs qismində saxlanılıblar.


Dövlət Sərhəd Xidmətinin əmək­daşları tərəfindən həyata keçirilmiş əməliyyat-qoşun axtarış tədbirləri nəticəsində daha bir nəfər İran İslam Res­publikasının vətəndaşı Cəfəri Fərhad Nəzi oğlu tutulub, əraziyə baxış za­manı ümumi çə­kisi 3 kq 995 qr olan (1 kq 995 qr kokos, 2 kq marixuana və 1510 ədəd metadon həbi) narkotik vasitə aşkar olunaraq götürülüb.


Qeyd olunan fakt üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir.(Demokrat.az)

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam