Redaktor seçimi
“Karqo Şamil”in görünməyən üzü…
QHT Agentliyinin “Məlahətli Ana” seçimi -
Fuad Nəcəfli və Samiq Sadıxov cütlüyünün görünməyən əməlləri -
111№-li məktəbin 1№-li problemi:
Məmur QHT-si, dövlət qrantı və korrupsiya: Agentlik kimi qoruyur?-
Anar Əlizadə-Mübariz Mənsimov qarşıdurması yenidən başladı: 
QHT-lərə Dövlət Dəstəyi Agentliyi dövlət büdcəsini kofe aparatlarında "əridir" -
Qrant layihələri vaxtı bitən kampaniyalar kimi...-
Günün xəbəri

Bakıda əri tərəfindən döyülən gənc qadın -xəstəxanada ölüb

Bakıda həyat yoldaşı tərəfindən döyülən qadın xəstəxanada dünyasını dəyişib.

Yenixeber.org: Hadisə üç gün bundan öncə, 26 dekabr tarixində paytaxtın Sabunçu rayonunun Zabrat qəsəbəsində baş verib.

Belə ki, 24 yaşlı Nuranə Əliyevanı döyən həyat yoldaşı onu ağır vəziyyətdə heç kimin görməməsi üçün yol kənarındakı kolluğun içərisinə atıb.

Lakin, bir müddət sonra geri dönərək Ə. Nuranəni 3 saylı Şəhər Klinik Xəstəxanasının həyətinə gətirib və tibb işçilərinə təhvil vermədən hadisə yerindən uzaqlaşıb.

Növbədə olan tibb işçiləri qadını dərhal xəstəxanaya gətirib, müvafiq tibbi yardım göstəriblər. 

Palataya köçürülən qadına qapalı kəllə-beyin travması diaqnozu qoyulub.

Lakin, həkimlərin səyinə baxmayaraq Ə. Nuranə bu gün müalicə aldığı xəstəxanada dünyasını dəyişib. 

Faktla bağlı araşdırma aparılır. 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam