Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

Kliniki Tibbi Mərkəzdə həyati təhlükəsi olmayan yaralı öldü: kimdir günahkar –kürəkən, yoxsa səhiyyə sistemi?

  

Bakının Binəqədi rayonunda yeznəsi tərəfindən bıçaqlanan qadın dünyasını dəyişib.

Yenixeber.org: Məlumata görə, 1987-ci il təvəllüdlü Roza Mahmudova həkimlərin səyinə baxmayaraq, müalicə olunduğu xəstəxanada keçinib. Hadisə zamanı bıçaqlanan digər şəxs - 1989-cu il təvəllüdlü Ruhəngiz Mahmudovanın müalicəsi isə davam etdirilir.

Faktla əlaqədar istintaq araşdırmaları davam etdirilir.

İki gün öncə axşam saatlarında Binəqədi şossesi, döngə 4 ünvanında baş verən hadisə zamanı Quliyev Samir Qurban oğlu adlı şəxs öz həyat yoldaşı Mahmudova Ruhəngiz Abdul qızını və baldızı Mahmudova Roza Abdul qızını bıçaqlamışdı. Qatil həyat yoldaşına 14, baldızına isə 5 bıçaq zərbəsi endirmişdi. İlk baxışdan xüsusi amansızlıqla törədilən cinayət hadisəsi təsiri bağışlamasına baxmayaraq, dünən Səhiyyə Nazirliyinin yaydığı bir xəbər Mahmudovlar ailəsini xeyli ümidləndirmişdi. Zira Səhiyyə Nazirliyinin rəsmi açıqlamasında yaralıların vəziyyətinin qənaətbəxş olduğu bildirilirdi: “Həkimlər hər iki yaralıya bədənin müxtəlif nahiyələrinin çoxsaylı kəsilmiş-deşilmiş yarası diaqnozu qoyublar. Xəstələrə lazımı tibbi yardım göstərilib. Hazırda vəziyyətləri qənaətbəxş qiymətləndirilir. Həyatları üçün təhlükə yoxdur”.

Üzərindən bir gün keçməmiş daha az bıçaq zərbəsi alan baldızın artıq dünyasını dəyişdiyi xəbəri yayıldı. Digər xəstənin vəziyyəti barədə isə konkret heç bir məlumat verilmir. O halda sual yaranır: Yaralıların həyati təhlükəsi yox idisə, baldız niyə ölüb?

Səhiyyə Nazirliyinin açıqlamalarından belə çıxır ki, əsl qatil kürəkən yox, yaralıların yerləşdirildiyi Kliniki Tibbi Mərkəzdir. Digər ehtimal da var: Səhiyyə Nazirliyi nə danışdığını bilməyən adamlar tərəfindən idarə olunur.(ovqat)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam