Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

Tbilisidə - polis və etirazçılar arasında qarşıdurma baş verib

Tbilisidə parlament binası ətrafında polis və etirazçılar arasında qarşıdurma baş verib.

Yenixeber.org: Polis bir neçə aksiyaçını saxlayıb.

Aksiyada iştirak edən müxalif Avropalı Gürcüstan Partiyasının liderlərindən biri Elene Xoştaria bildirib ki, hüquq-mühafizə orqanları bu gün etirazçılara qarşı xüsusi əməliyyat keçirir.

Onun sözlərinə görə, polis 3 etirazçını saxlayıb.


10:29

Tbilisidə etirazçılar parlament binasının girişlərinə yaxınlaşmağa cəhd edirlər.

Polis onların bu cəhdlərinin qarşısını alır.

Parlamentin girişlərini bloklamaq niyyətində olan aksiyaçılar yaxınlıqdakı Çitadze və İnqorovka küçələrində toplaşıblar. Onlar Gürcüstanın dövlət himnini ifa ediblər.

Gürcüstanın daxili işlər naziri Vaxtanq Qomelauri parlamentin polis tərəfindən əhatəyə alınmasına münasibət bildirib. O deyib ki, əgər aksiyaçılar yolları bağlasa, müvafiq tədbirlər həyata keçiriləcək: “Biz yolları bağlamışıq ki, nümayişçilər ocaq yandırmasınlar və insanlara narahatçılıq yaratmasınlar. Əgər aksiyaçılar yolları bağlamağa və şəhərdə hərəkəti dayandırmağa cəhd etsələr, biz nə etməliyik? Biz mitinqi dağıtmağa məcbur olacağıq”.


09:11

Gürcüstan parlamentinin binası ətrafında təhlükəsizlik tədbirləri gücləndirilib.

Əraziyə çox sayda polis əməkdaşları səfərbər olunub.

Qanunverici orqanın girişlərinə aparan yollarda dəmir konstruksiyalardan sədd qurulub.

Müxalifət və ictimai fəallar bu gün parlamentin girişlərini bloklamaq niyyətindədirlər. Saat 10:00-da parlamentin komitə, 12:00-da isə plenar iclası keçiriləcək. Etirazçılar deputatların qanunverici orqana daxil olmalarına imkan verməyəcəklərini bildiriblər.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam