Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

Nazir zəlzələdə ölənlərin adlarını oxuyarkən ağladı - VİDEO

Nazir zəlzələdə ölənlərin adlarını oxuyarkən ağladı - VİDEO
Albaniyanın müdafiə naziri Olta Caçka ölkəsində baş vermiş dağıdıcı zəlzələ nəticəsində həlak olan şəxslərin adlarını oxuyarkən göz yaşlarını saxlaya bilməyib.
Yenixeber.org: Xanım nazirin videogörüntüsü Müdafiə Nazirliyi tərəfindən yayımlanıb. Caçka ölənlərin adlarını oxumağa başlayıb, ancaq siyahının ortasına çatanda göz yaşlarına qərq olub.



"Bu, mənim ən ağır çıxışımdır. Dağıdılmış binaları yenidən qura bilərik, lakin 26 noyabr zəlzələsi zamanı ölən vətəndaşlarımızı həyata qaytara bilmərik", - müdafiə naziri deyib.

Qeyd edək ki, Albaniyada baş vermiş 6.4 bal gücündə zəlzələ nəticəsində indiyədək 32 nəfər ölüb, 658 nəfər yaralanıb. Yeraltı təkanlar paytaxt Tiranada və episentrə ən yaxın olan Durres şəhərində hiss olunub. Bir neçə bina çöküb, insanların hələ də dağıntılar altında qaldığı ehtimal olunur.

Zərərçəkənlər arasında uşaqlar və yaşlı insanlar da var. Hadisə ilə əlaqədar ölkədə fövqəladə vəziyyət və matəm elan edilib.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam