Redaktor seçimi
Anar Əlizadə-Mübariz Mənsimov qarşıdurmasında YENİ DETALLAR 
Murad Süleymanov susur – Baş həkim(?) Elnarə Canlının ali tibbi təhsili varmı? -
Fermer kartlarından mənimsənilən milyonlar - Vəzifəli şəxslər və saxta terminallar -
Xüsusi Təyinatlı Yol idarəsində xüsusi rejim:
Qida təhlükəsizliyi üzərində qanunsuz “İctimai Şura” eksperimenti - Açıq şəkildə saxtakarlıq/
Anar Əlizadə haqqında ŞOK FAKTLAR - Yarım milyonluq saat, İstanbuldakı mülklər və Adnan Əhmədzadə ilə... /
QHT-lərə Dövlət Dəstəyi Agentliyinin “sehrli” qrant mexanizmi: İrəvan var, Gəncə yox(?) -
Salyanın keçmiş imperatorunun oğlu Rumıniyanı satın aldı -
Günün xəbəri

İndoneziyada ölənlərin sayı 2000-i keçib

 

İndoneziyada ölənlərin sayı 2000-i keçib
İndoneziyanın Sulavesi adasında baş verən dağıdıcı zəlzələ və yeraltı təkanların yaratdığı 6 metrlik sunami nəticəsində həyatını itirənlərin sayı 2000 nəfəri ötüb.
Yenixeber.org: Bu barədə İndoneziyanın təbii fəlakət fəsadlarının aradan qaldırılması idarəsi bəyan edib.

İdarənin mətbuat katibi Sutopo Purvo Nuqroho bildirib ki, artıq hökumət Palu şəhərinin Petobo, Balaroa və Cono Oqe rayonlarında axtarış-xilasetmə əməliyyatlarını dayandıracaq.

Qeyd olunub ki, zəlzələ nəticəsində 2500-dən çox insan yaralanıb, min nəfərə yaxını itkin düşüb. Qeyri-rəsmi rəqəmlərə görə isə, 5000-nə yaxın insan itkin düşərək dağıntılar və torpaq altında qalıblar. 200 min insanın humanitar yardıma ehtiyacı var.

Xatırladaq ki, 28 sentyabrda Sulavesi adasının Palu şəhərində 7,5 bal gücündə zəlzələ baş verib və yeraltı təkanlar nəticəsində 6 metr hündürlüyündə sunami yaranıb. Fəlakət nəticəsində şəhərin böyük hissəsi demək olar ki, yuyulub və minlərlə insan dağıntılar altınla qalıb. Zəlzədən sonra indiyədək daha 508 yeraltı təkan qeydə alınıb.

İndoneziya hökuməti epidemiyaların yayılmasının qarşısını almaq üçün Palu təpəsi yaxınlığındakı ərazidə 1300-dən çox qurbanı dəfn etmək məqsədilə kütləvi məzar hazırlanması barədə könüllülərə təlimat verib. Həmçinin, təbii fəlakət nəticələrinin aradan qaldırılması üçün büdcədən 5 milyon dollar ayrılıb.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam