Redaktor seçimi
Əmlak Məsələləri Dövlət Xidməti “Qobu əməliyyatı”na hazırlaşır:
“Əcəmi”də “can bazarı”:
Heydər Əliyevin posterini sökdürən Vüqar Sədiyev bu qədər sərvəti hansı məmurun hesabına əldə edib? -
TALIBOVLAR SƏRVƏTLƏRİNƏ SƏRVƏT QATIRLAR – Məhərrəm Talıbovun oğullarının dəbdəbəli həyatı.../
Zaur Mikayılov iri şəhərlərdə iri məbləğləri belə “yuyur” –
İcra məmurunun oğluna verilən milyonluq tenderlər -
Bakı-Quba yolunun Ziyalı, əməli Saleh olmayan bəxti....
Zaur Mikayılov Eldar Əzizovun kölgəsində “üzür” –
Günün xəbəri

McDonald`s-dakı kartofun insan orqanizminə ziyanı

 

Dünyanın ən böyük fastfud restoranları şəbəkəsi olan McDonald`s-ın müxtəlif ölkələrdəki minlərlə iaşə obyektində müştərilərə təklif olunan qızardılmış kartofun, yəni "kartof fri"nin insan orqanizmi üçün təhlükəsiz olmadığı aşkarlanıb.

"Xeberinfo.com":  Məlumata görə, bu kartof hazırlanarkən onun tərkibinə dimetilpolisiloksan, yəni silikon qarışığı vurulur.

Məşhur "Mythbusters" proqramının aparıcısı Qrant İmahara silikon qarışığı ilə yanaşı, "kartof fri"nin tərkibində insan orqanizmi üçün təhlükə səviyyəsi sonadək bəlli olmayan 14 kimyəvi maddə və qarışıq da aşkarlayıb.

Onların arasında əsasında benzin duran tributilhidroginon da vardı.

Milli.Az Daily Mail-ə istinadən bildirir ki, Q.İmahara ABŞ-ın Aydaho ştatındakı McDonald`s restoranlarının menyusunu "saf-çürük" edib və menyuda ən populyar, ən çox satılan təamlar arasında olan "kartof fri"yə xüsusi diqqət yetirib.

Bəlli olub ki, bu kartof iki dəfə qızardılır: bir dəfə bilavasitə "fri"nin hazırlandığı zavodda, ikinci dəfə isə bilavasitə restoranda.

"Təbii ki, iki dəfə qızardılan kartof heç bir halda insan orqanizmi üçün xeyirli sayıla bilməz. Amma onu da deməliyəm ki, "kartof fri"nin tərkibindəki kimyəvi maddələr və qarışıqların insan orqanizmi üçün təhlükəli olduğunu deyə bilmərəm", - N.İmahara deyib.

Onun sözlərinə görə, McDonald`s restoranlarında müştərilərə təklif edilən "kartof fri"nin görüntüsünü daha yaxşı, "iştahlı" etmək üçün kartof dilimlərinə kanola və soya yağları, hidrogenerasiya edilmiş soya yağı, mal əti dadlandırıcısı, hidrolizə olunmuş buğda, hidrolizə edilmiş süd, limon turşusu, qlükoza, natrium-pirofosfat və dimetilpolisiloksan vurulur.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam