Redaktor seçimi
Anar Əlizadə-Mübariz Mənsimov qarşıdurmasında YENİ DETALLAR 
Murad Süleymanov susur – Baş həkim(?) Elnarə Canlının ali tibbi təhsili varmı? -
Fermer kartlarından mənimsənilən milyonlar - Vəzifəli şəxslər və saxta terminallar -
Xüsusi Təyinatlı Yol idarəsində xüsusi rejim:
Qida təhlükəsizliyi üzərində qanunsuz “İctimai Şura” eksperimenti - Açıq şəkildə saxtakarlıq/
Anar Əlizadə haqqında ŞOK FAKTLAR - Yarım milyonluq saat, İstanbuldakı mülklər və Adnan Əhmədzadə ilə... /
QHT-lərə Dövlət Dəstəyi Agentliyinin “sehrli” qrant mexanizmi: İrəvan var, Gəncə yox(?) -
Salyanın keçmiş imperatorunun oğlu Rumıniyanı satın aldı -
Günün xəbəri

Genimizi niyə dəyişirdirirlər?

 

Geni modifikasiya olunmuş məhsullar (GMO) dünya bazarına çıxdıqdan sonra insanlarda çaşqınlıq yaranıb. 

"Xeberinfo.com": Məlumata görə, bu gün insanlar bazar və dükanlarda satılan məhsulların keyfiyyətindən narahatdır. 

Məsələn, pomidoru əvvəllər kəsəndə içərisi eyni rəngdə olurdu, amma indi kəsəndə içində ağ damar olduğunu görürük. Bu, ona nitratın çox vurulması ilə əlaqədardır.

İnsan orqanizmi üçün zərərli olan məhsullar isə kimyəvi maddələrin tətbiqi nəticəsində istehsal edilən məhsullardır. Bu gün fermer yüksək məhsul əldə etmək üçün daha çox mineral gübrədən istifadə edir, bu isə öz növbəsində əldə olunan məhsulda orqanizm üçün zərərli olan toksik maddənin, yəni zəhərin miqdarını artırır.

Məlumata görə dünya alimlər isə bu mövzu ilə bağlı iki qismə ayrılıblar. Bir qismi geni dəyişirilmiş meyvə və tərəvəzlərin insan orqanizminə zərərli olduğunu iddia edir. Digər qism isə əksini düşünür. 

Məsələn, kənd təsərrüfatı eksperti Vahid Məhərrəmov ANS PRESS-ə bildirib ki, son zamanlar bitki istehsalının, dözümlülüyünün artırılması, normal inkişafını təmin etmək üçün şərait yaranıb. Artıq gen modifikasiyası yolu ilə bitkinin zərərvericilərə, ətraf mühitə qarşı müqavimətini yüksəltmək mümkündür. Bununla yanaşı, məhsuldarlıq da artırılmış olur.

O, qeyd edib ki, bu gün insanlarda çaşqınlıq yaranıb. İnsanlar GMO məhsulların orqanizmə ziyan verəcəyini düşündüyü üçün seçim etmək də çətinlik çəkir. 

Buna da səbəb bir çox bu sahədən xəbərsiz insanın və bəzi elmi mərkəzlərin qəsdən yaydığı yanlış informasiyalardır. Bəzi elmi mərkəzlər GMO yolu ilə digər ölkələrin də təsərrüfat sahəsində irəlləyə bilməsinin qarşısını almaq üçün yalnış fikirlər ortaya atır. 

Lakin GMO məhsulların insan orqanizmi üçün hər hansı bir formada zərərli olması ilə bağlı heç bir fakt yoxdur. Bu günə qədər belə məhsullardan zəhərlənmə, ciddi bir fəsad , ölüm halları da aşkarlanmayıb. 

Ekspert qeyd etdi ki, inkişaf etmiş ölkələrin bazar və dükanlarında məhsulların üstünə GMO olub olmadığı haqqında məlumat yazılır. Bizdə də bu tətbiq olunmalıdır.

Respublikanın müxtəlif səviyyədə rəsmi qurumlarından GMO məhsulların müəyyən edilməsi ilə üçün texniki vasitələrin gətiriləcəyini, laboratoriyaların qurulacağını bildirsələr də, hələ ki, bu istiqamətdə heç bir addım atımayıb. Ölkədə GMO üzrə heç mütəxəssis də yoxdur. 

Buna görə də sadə vətəndaşlar hansı məhsulların GMO olduğunu bilmədikləri üçün, əsasən, təbii məhsullarla qidalanmağa üstünlük verməlidirlər.

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam