Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

Bakı metrosunda HADİSƏ - Qatar TÜSTÜLƏNDİ - Sərnişinlər təxliyə olundu

 

Bu gün günorta saatlarında  "Bakı Metropoliteni"QSC-nin "Gənclik" stansiyasında həyəcanlı anlar yaşanıb. Sərnişinlərin əməkdaşımıza verdiyi məlumata görə, qatar platformaya daxil olarkən, tüstüləmə başlayıb:

Yenixeber.org:    "Tüstü vaqonlara dolmuşdu, göz-gözü görmürdü, tüstü bogucu idi. Bizi qatardan düşürtdülər.Sonra metopolitenin əməkdaşları müdaxilə etdi, elə həmin qatarla da yola davam etdik".

Məsələ ilə bağlı qurumun mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov faktı təsdiqləyib:

"Qatarda tüstüləmə baş verib. Sərnişinlər tüstüləmə qeydə alınan qatardan düşürülüb, qatara baxış keçirilib. Hər şey qaydasında olduğu üçün qatar yoluna davam edib".

B.Məmmədov tüstüləmə səbəbini də açıqlayıb:

"Tüstüləmə hiss edilən qayardan əvvəl yolda sınaq qatarı hərəkət edib. Qatarın təkərində "kalotka" sistemi od tutub. Belə olan halda təkər reysə sürtünüb və tüstüləmə başlayıb. Digər qatar da oradan keçəndə həmin reysdə tüstüləmə olub".

Onun sözlərinə görə, sərnişinlər qısa müddətlik panika yaşayıb.

"Bir xanım özünü pis hiss etdiyindən hadisə yerinə təcili yardım briqadası çağırılıb. Xanıma ilkin tibbi yardım göstərilib və özünü yaxşı hiss etdiyindən xəstəxanaya getməkdən imtina edib". (Modern)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam