Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

Bakı polisi əməliyyat keçirdi -"Yapon" ləqəbli oğru 1 kq narkotiklə yaxalandı

 

Bakıda polis əməliyyat keçirib.

Yenixeber.org: Sabunçu rayon Polis İdarəsinin Cinayət Axtarış Şöbəsi və Narkotiklərlə Mübarizə Bölməsinin əməkdaşlarının keçirdiyi əməliyyat nəticəsində kriminal aləmdə "Yapon" ləqəbi ilə tanınan, əvvəllər məhkum olunmuş, 1981-ci il təvəllüdlü Həsənli Rauf Oxan oğlu Sabunçu rayonunun Bakıxanov qəsəbəsi, Qocayev küçəsi 27 saylı ünvanın qarşısında idarə etdiyi "KİA Optima" markalı 10 BZ 014 dövlət qeydiyyat nişanlı avtomobillə birlikdə saxlanılaraq Sabunçu rayon Polis İdarəsinin 13-cü polis bölməsinə gətirilib.

R.Həsənlinin üzərinə baxış keçirilərkən onun cibindən 5, 557 qram, avtomobilin yük yerindən isə 1 kiloqram 100 qram narkotik maddə olan marixuana aşkar edilərək götürülüb.

Faktla bağlı Cinayət Məcəlləsinin 234-cü (Qanunsuz olaraq narkotik vasitələri, psixotrop maddələri və ya onların prekursorlarını hazırlama, istehsal etmə, əldə etmə, saxlama, daşıma, göndərmə və ya satma) maddəsilə cinayət işi başlanıb


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam