Redaktor seçimi
Zaur Mikayılov Eldar Əzizovun kölgəsində “üzür” –
Anar Əlizadəyə Serbiya pasportu nədən verildi - Adı rusiyalı casuslar, müharibə oliqarxları ilə birgə hallanan milyonçu kimdir?/
Saleh Məmmədov dərhal həbs olunmalıdır,... PKK terror təşkilatının missioneridir -
Təhməzlilərin "6-cı mərtəbə"sində çirlki pullar belə yuyulur -
Səbzəliyev qardaşlarının “Sobsan” boya fabriki ekoloji fəlakət yaradır-
Heydərovların “London macərası” başa çatdı – 
Qadının evini başına uçuran “Melissa Group” tikinti şirkəti kimindir? -
Deputatlığa namizəd olmuş “Emil Daymond” kimi tanınan Emil Məmmədov əslində kimdir? -
Günün xəbəri

Bakı sakininə 40 manata görə işgəncə verilib? - Artıq dozadan qarabasma gördüyü iddia edilir

Bakı sakininə 40 manata görə işgəncə verilib?


42 yaşlı Bakı sakininin işgəncələrə məruz qalması faktı üzrə cinayətin təfərrüatı məlum olub.

Yenixeber.org:   Daha öncə verdiyi məlumata görə, avqustun 29-da paytaxtın Nəsimi rayonu, Dilarə Əliyeva küçəsi, ev 122, mənzil 4 ünvanında Nəsimi rayon sakini, 1977-ci il təvəllüdlü Həsənov Azər Əliyyə oğlu Rövşən adlı tanışından aldığı 40 manat borcu qaytara bilmədiyi üçün işgəncəyə məruz qalıb.

A.Həsənovun sözlərinə görə, saat 21 radələrində Rövşənin Elmir adlı dostu onu mebel daşımağa kömək etmək adı ilə aldadaraq Rövşənin yaşadığı ünvana aparıb. Həmin ünvanda Elmir və Rövşən A.Həsənovu dəmir parçası ilə döyərək, ayaqlarını qaynar su ilə yandırıblar. 

Avqustun 30-u saat 04 radələrində A.Həsənov Rövşən və Elmirin yuxuda olmasından istifadə edərək qaçıb və 22-ci Polis bölməsinə müraciət edib.

Polis əməkdaşlarının operativ-axtarış tədbirləri nəticəsində daha öncə dələduzluğa görə məhkum edilən 43 yaşlı Rövşən Xankişiyev saxlanılıb.

İlkin araşdırma zamanı məlum olub ki, adıçəkilən şəxslər narkotik istifadəçiləridir.

A.Həsənovun R.Xankişiyevə 40 manat borclu olması qismən təsdiqlənib. Onlar arasında mübahisə "mal" (narkotik) üstündə yaranıb. Lakin dindirmə zamanı saxlanılan şəxs A.Həsənova işgəncə vermədiyini və döymədiyini bildirib.

Onun sözlərinə görə, dozadan çox narkotik qəbul edən A.Həsənovun halı pisləşib və məhz buna görə R.Xankişiyev onun üzərinə ilıq su töküb. A.Həsənov isə qarabasma və hallüsinasiya nəticəsində ona işgəncə verildiyini düşünüb.

Hazırda fakt üzrə araşdırma davam edir. Təyin edilən tibbi məhkəmə ekspertizasının nəticələri hələlik məlum deyil. 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam