Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

Arvadını 5-ci mərtəbədən atan iş adamı XALQ artistinin nəvəsidir...

Bakıda ötən gecə dəhşətli cinayət hadisəsi baş verib.

Yenixeber.org: Dünən gecə saat 3 radələrində Nəsimi rayon Polis İdarəsinə 21-ci polis bölməsindən 1988-ci il təvəllüdlü Bakı şəhəri Nəsimi rayonu, 381-ci məhəllə, Rəşib Behbudov küçəsi, ev 65, mənzil 51 ünvanında qeydiyyatda olmaqla yaşayan Taxveli Adelya Azər qızının naməlum səbəbdən yaşadığı ünvanda 14 mərtəbəli binanın 5-ci mərtəbəsinin eyvanından yerə düşərən ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Taxveli Ramiz Pərviz oğlunun avtomaşınına baxış zamanı 1 ədəd kibrit qutusunda təmiz çəkisi 5.647 qram bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsullla hazırlanmış, qurudulmuş marixuana götürülüb.

Taxveli Ramiz Pərviz oğlunun sərxoşluq hallarının bütün növlərinin təyini məqsədilə aparılan 1/59.48 saylı tibbi müayinəsi zamanı Taxveli Ramiz Pərviz oğlunda THC marixuana və BAR (BARBİTURAT) qəbulu nəticəsində yaranmış psixi davranış pozuntusu aşkar olunub.

Taxveli Ramiz Pərviz oğlu Nəsimi rayon Polis İdarəsinin 21-ci polis bölməsində izahat verərkən Taxveli Adelya Azər qızını yaşadığı binanın 5-ci mərtəbəsindən atmasını etiraf edib.

Fakta görə 10 dekabr, 2018-ci il tarixində Nəsimi rayon Prokurorluğunda Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.1-ci maddəsilə cinayət işi başlanıb. Taxveli Ramiz Pərviz oğlu saxlanılıb.

Taxveli Ramiz Pərviz oğlu "Buta Palace”ın art direktorudur. O, həmçinin tanınmış Azərbaycan müğənnisi, Azərbaycan SSR Xalq artisti Gülağa Məmmədovun qız nəvəsidir.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam