Redaktor seçimi
Əziz Əzizov dövlətin pulun belə “ƏZİZləyir” – 
Dördmərtəbəli evin beşinci mərtəbəsi –  Elşad Həsənov "romantikası"nın səbəbi nə? /  
Gəncə Şəhər Birləşmiş Xəstəxanasının "ŞOK" yaradan tenderləri…-
İlqar Abbasov Bələdiyyə sədri postunu satıb?! -
Erməni deputatdan Cavanşir Feyziyevə ibrət dərsi -
Guya korrupsiyaya qarşı araşdırma aparırlar —
Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriyada dövlətin pulu belə "yeyilir" -
“Blak lounge” restoranı kütləvi narazılıq yaradır–
Günün xəbəri

Hakim dələduzu müdafiə edir?

 

"Əvvəlki müraciətlər hakim Cahid İmanov tərəfindən ədalətsiz qərardad qəbul edilərək geri qaytarılmışdır ki, hər bir iddiaçı fərdi qaydada dövlət rüsumu ödəməklə, ayrı-ayrılıqda iddia yazaraq məhkəməyə müraciət etməlidir. Mən, artıq 3-cü dəfədir, ərizədə xatırladıram ki, eyni tərəflər, eyni əsaslar və predmet üzrə olan iddia ərizəsi kollektiv surətdə verilə bilər"

 

"Xeberinfo.com":  Məlumata görə, bu fikirləri Aktual.az-a göndərdiyi müraciətində"Şəki-Bazar" ASC-nin sabiq müdiri  Ürfət İbrahimov tərəfindən aldadılan 27 nəfər zərərçəkmişin hüquqlarını müdafiə edən Valeh Yusifli deyib. Onun sözlərinə görə, 27 nəfər zərərçəkən "Şəki-Bazar" ASC-nin sabiq müdiri Ürfət İbrahimova qarşı "Pul tələbinə dair" iddia ərizəsi ilə 3-cü dəfə Şəki Rayon Məhkəməsinə müraciət edib:
"40-a yaxın iddiaçı 2 iddia ərizəsi ilə, kollektiv olaraq, müraciət edib ki, "Ticarət Mərkəzi" tikmək adı ilə onlardan aldadılaraq alınmış pullar geri qaytarılsın. Əvvəlki müraciətlər hakim Cahid İmanov tərəfindən ədalətsiz qərardad qəbul edilərək geri qaytarılıb. Səbəb göstərilib ki, hər bir iddiaçı fərdi qaydada dövlət rüsumu ödəməklə, ayrı-ayrılıqda iddia yazaraq məhkəməyə müraciət etməlidir.
 Mən artıq 3-cü dəfədir ki, ərizədə tərəflərin eyni əsaslar və predmet üzrə olan iddia ərizəsinin  kollektiv surətdə verilə bilməsini xatırladıram. Hələlik, müstəqil Azərbaycanın  məhkəmə tarixində hakimin iradları yalnız Şəki Rayon Məhkəməsində praktiki olaraq baş verir və verməkdədir.
 Sonuncu 5 dekabr ərizəsinə də 2 gün qabaq hakim C. İmanov yenə də  qərardad qəbul edərək geri qaytaracağını bildirdi. ( Amma 20 gündür ki,  nə qərardad qəbul olunub, nə də ərizə icraata götürülüb).  Məsələni Məhkəmə Hüquq Şurası ilə müzakirə etdim. Onlar bildirdilər ki, apelyasiya şikayəti verilməlidir, bundan sonra ədalət bərpa olunacaq. Bəli, apelyasiya şikayəti veriləcək. Amma yaxşı olardı ki, Şəki Rayon Məhkəməsi Azərbaycan Respublikasının qanunvericiliyi üzrə qərardad, rayonda kimsədən asılı olmayaraq müstəqil qərar qəbul etsin, hakimlər insanların kasıbçılığını nəzərə alaraq, onların hər birini ayrı-ayrılıqda 30 manat 20 qəpik dövlət rüsumu ödəməyə məcbur etməsin. Hakim öz işini də çətinləşdirməsin. Eyni tərəflər, eyni predmet və eyni əsaslarla olan iş materiallarını ayrı-ayrılıqda icraata götürməklə yükünü ağırlaşdırmasın, çəkişməni ədalətlə aparsın".
Məsələ ilə bağlı hakim Cahid İmanovla əlaqə saxladıq. O Aktual.az-a açıqlamasında bildirdi ki, artıq bu iş onun icraatında deyil, başqa hakimdədir. Hakimin adını isə açıqlamadı. Şəki Məhkəməsi ilə yenidən əlaqə saxlasaq da, zənglərimizə cavab verən olmadı.
Qarşı tərəfin də mövqeyini dərc etməyə hazırıq...

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam