Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

Azərbaycanlı Moskvada qətl törətdi və intihar etdi -Video

Moskvanın “Novıye Çeremuşki” metro stansiyasının yaxınlığında 2 nəfərin ölümü ilə nəticələnən atışmanın təfərrüatı məlum olub.

Yenixeber.org:Məlumata görə, Rusiya İstintaq Komitəsinin yaydığı rəsmi məlumata görə, ölənlərdən biri Rəsul Abdullayev adlı şəxsdir. Əslən Gürcüstandan olan 60 yaşlı Abdullayev Rusiyada avtomobil və ehtiyat hissələrinin satışı ilə məşğul imiş.

Ölən ikinci şəxs Vaqif Hümbətovdur. Məlumata görə, onun üzərindən Hümbətov Vaqif Maqomed oğlunun adına verilmiş “Moskva Tayms” nəşrinin vəsiqəsi çıxıb. Vəsiqənin fotoları Rusiya KİV-də dərc olunub. Vəsiqədə Hümbətovun nəşrin Rusiya və MDB regional şöbəsinin rəhbəri olduğu görünür. Lakin “Moskva Tayms”da onun imzası ilə bir dənə də yazı dərc olunmayıb. Nəşrdən də bildirilib ki, onların əməkdaşlarından heç kim “Novıye Çeremuşki” stansiyası yaxınlığında baş verən atışmada iştirak etməyib. Nəşrin rəhbərliyi jurnalistlərə açıqlamasında Vaqif Hümbətovun adına verilmiş vəsiqənin saxta olduğunu və onlarda bu adda şəxsin işləmədiyini bildirib.

Atəşin Rəsul Abdullayev tərəfindən açıldığı bildirilib. Məlumata görə, Abdullayev "Naqan" tipli tapança ilə Vaqif Hümbətova atəş açdıqdan sonra özünə qəsd edib. Rusiya KİV qətlin qisas və qan düşmənçiliyi zəminində baş verdiyini yazıb.

Faktla bağlı cinayət işi açılıb. (axar.az)

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam