Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

Azərbaycan yolları müharibə meydanı kimi-Daha 2 nəfər həlak oldu, 3-ü yaralandı...

 

Bu gün günorta saatlarında Bakı-Qazax yolunun Qaradağ rayonu ərazisindən keçən 36,5 kilometrliyində ağır yol nəqliyyat hadisəsi baş verib.

Yenixeber.org: Şirvan büromuzun məlumatına görə, Salyan rayonunun “Qalalı” massivində yaşayan 58 yaşlı Qəniyev İsrail Əvəz oğlunun idarə etdiyi “Daewo Gentra” markalı, 99 AJ 680 dövlət nömrə nişanlı taksi dörd nəfər sərnişinlə Bakıdan qayıdarkən ağır qəzaya uğrayıb. Hadisə nəticəsində avtomaının sürücüsü İ.Qəniyev və 60 yaşlarında bir sərnişin qadın hadisə yerində dünyasını dəyişib. Daha bir sərnişin qadın və iki uşaq isə ağır xəsarətlər alıb.

 

Maşında sıxılıb qalmış cəsədlər və yaralılar hadisə yerinə gəlmiş FHN-in xilasediciləri tərəfindən çıxarılıb.

Əldə etdiyimiz məlumata görə, yüksək sürətlə hərəkətdə olan “Daewo Gentra” əvvəlcə yolun sol kənarı ilə asta sürətlə hərəkətdə olan yol təmizləyən maşına dəyib və bu zaman idarəetməni itirərək sağında irəliləyən “KamAZ”ın təkərləri arasına düşüb. Nəticədə “KamAZ” taksinin üstündən keçib.

Hazırda hadisə yerində hüquq-mahafizə orqanlarının əməkdaşları işləyir, qəzaya uğrayanların şəxsiyyəti müəyyən olunur.(virtualaz.org)

Emil Məmmədov

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam