Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

Sürücünün ayaqları “KamAZ”ın təkərləri arasında qaldı

Bakıda ağır qəza: sürücünün ayaqları “KamAZ”ın təkərləri arasında qaldı - Foto

 

Bakı-Sumqayıt yolunda ağır yol qəzası baş verib. 
"Xeberinfo.com": Hadisə Bakı Beynəlxalq Avtovağzalının yaxınlığında qeydə alınıb. 
 
“KamAZ” markalı yük avtomobili hərəkətdə olarkən taksi fəaliyyəti ilə məşğul olan “Renault” markalı minik maşını ona çırpılıb. “KamAZ”ın sürücüsü maşını yolun ortasında saxlayıb və nə baş verdiyini aydınlaşdırmaq üçün avtomobildən düşüb. O, idarə etdiyi avtimibilin arxa hissəsinə keçərkən yüksək sürətlə hərəkətdə olan avtomobilin sürücüsü idarəetməni itirib və maşın “KamAz”a arxadan çırpılıb. İlk zərbə isə sürücüyə dəyib və onun ayaqları yük maşınının təkərlərinin arasına girib. Nəticədə sürücü ayaqlarından ağır xəsarətlər alıb. O, hadisə yerinə çağırılan təcili tibbi yardım briqadası tərəfindən xəstəxanaya çatdırılıb. 
Faktla bağlı Baş Dövlət Yol Polis İdarəsində araşdırmalara başlanılıb. İdarənin istintaq və təhqiqat bölməsinin əməkdaşları hadisə yerində müayinələr aparıblar. 

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam