Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

Ölkəyə külli miqdarda narkotika gətirildi

 

 

 

 

         

    Azərbaycan gömrükçüləri külli miqdarda narkotiki qanunsuz dövriyyədən çıxarıblar

 

"Xeberinfio.com" Dövlət Gömrük Komitəsinin mətbuat xidmətinə istinadən xəbər verir ki, bu günlərdə qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələrin külli miqdarda əldə edilib saxlanılması, daşınması, Azərbaycan Respublikasının mühafizə olunan dövlət sərhədindən, dövlət sərhədinin nəzarət-buraxılış məntəqələrindən, gömrük nəzarətindən kənar keçməklə, yəni qaçaqmalçılıq yolu Azərbaycan Respublikasına gətirilməsi və realizə ediləcəyi barədə Biləsuvar Gömrük İdarəsinin Gömrük Hüquqpozmalarına qarşı Mübarizə Şöbəsinə məlumat daxil olub.
Məlumata əsasən Biləsuvar Gömrük İdarəsinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Bakı-Astara magistral yolunun 60-cı kilometrliyində Ələt qəsəbəsini göstərən yol nişanının yaxınlığında Nəcəfov Saleh Qədir oğlu və Abbasov Seymur Vaqif oğlu bir kisədə 895,0 qram heroini şərti alıcı kimi çıxış edən gömrük əməkdaşına satarkən yaxalanmış, daha sonra isə həmin şəxslərin Bakı dairəvi yolunun "Sədərək" Ticarət Mərkəzinin yaxınlığındakı dərəyə atdıqları 2 kisədə 1 kiloqram 465 qram qurudulmuş marixuana və 1 sellofan kəsiyində 82,337 qram heroin narkotik vasitələri aşkar edilərək götürülüb.
Həmin fakt üzrə Dövlət Gömrük Komitəsi İstintaq İdarəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.2, 234.4.1, 234.4.3 və 318.2-ci maddələri ilə cinayət işi başlanıb.
Nəcəfov Saleh Qədir oğlu və Abbasov Seymur Vaqif oğlu şübhəli şəxs qismində tutulmuş və onlara Azərbaycan Respublikası CM-nin 206.3.2, 234.4.1, 234.4.3 və 318.2-ci maddələrində nəzərdə tutulan ittiham elan edilərək barələrində Yasamal rayon məhkəməsinin qərarı ilə 3 ay müddətinə həbs qətimkan tədbiri seçilib.
Hazırda cinayətin digər iştirakçılarının müəyyən edilməsi məqsədilə zəruri istintaq hərəkətləri davam etdirilir.

 

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam