Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

3 ayda 68 nəfər suda boğularaq ölüb

3 ayda 68 nəfər suda boğularaq ölüb

Xəbər verdiyimiz kimi, bu gün Azərbaycanda çimərlik mövsümü başa çatıb

Yenixeber.org: Fövqəladə Hallar Nazirliyinin (FHN) yaydığı rəsmi məlumatlara istinadən xəbər verir ki, çimərlik mövsümü başlayandan (15 iyun-15 sentyabr) bu günədək 68 nəfər suda boğularaq ölüb. 

İyunun 15-dən iyulun 1-dək 12 nəfər, iyulun 1-dən 31-dək 40 nəfər, avqustun 1-dən 31-dək 15 nəfər, sentyabrın 1-dən 15-dək isə 1 nəfər suda boğulub. Bu müddətdə Abşeronda 5, Sumqayıtda 4, Bakıda 23, Şəmkirdə 6, İmişlidə 1, Hacıqabulda 1, Lənkəranda 3, Zərdabda 1, Yevlaxda 2, Lerikdə 1, Sabirabadda 2, Xaçmazda 7, Mingəçevirdə 3, Ağcabədidə 1, Neftçalada 1, Cəlilabadda 1, Qəbələdə 1, Salyanda 1, Daşkəsəndə 2, Siyəzəndə 1 və Ağdamda 1 nəfər suda batıb.

Qeyd edək ki, 15 iyun-15 sentyabr tarixində Bakı-bulvar, Lənkəran, Corat, Bilgəh, Mingəçevir, Şirvan, Neftçala, Hövsan, Tağıyev, Xaçmaz, Novxanı, Qızılqum, Buzovna, Niyazabad, Türkan, Pirşağı, QobustanNardaran-2, Sahil, Mərdəkan, Zağulba-3 sularda xilasetmə məntəqələrinin ərazisində və qeyri-çimərlik (nəzarətsiz) ərazidə çimərkən batma təhlükəsi ilə üzləşmiş 200 nəfər xilas edilib.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam