Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

20 gündə 17 nəfər suda boğularaq ölüb, 35-i xilas edilib

20 gündə 17 nəfər suda boğularaq ölüb, 35-i xilas edilib
15 iyundan başlayaraq ölkəmizdə çimərlik mövsümü açıq elan edilib.

Yenixeber.org: Fövqəladə Hallar Nazirliyinin (FHN) yaydığı rəsmi məlumatlara görə çimərlik mövsümü başlayandan (15 iyundan) bu günə qədər 17 nəfər suda boğularaq ölüb. 20 gün ərzində 35 nəfər suda boğulmaqdan xilas edilib.
Fövqəladə Hallar Nazirliyinin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidməti bu müddət ərzində Bakıda 21, Mingəçevirdə 4, Neftçalada 1, Yevlaxda 1, Nabranda 3, Şirvanda 2, Sumqayıtda 3 batmaq təhlükəsi olan şəxsi xilas edib.

Həmçinin Sumqayıtda 1, İmişlidə 1, Zərdabda 1, Yevlaxda 1, Lerikdə 1, Bakıda 5, Sabirabadda 1, Xaçmazda 1, Şəmkirdə 5 nəfərin meyiti sudan çıxarılaraq aidiyyatı üzrə təhvil verib.

Qeyd edək ki, çimərliklər iyunun 15-dən sentyabrın 15-dək vətəndaşların istifadəsində olacaq.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam