Redaktor seçimi
Anar Əlizadə-Mübariz Mənsimov qarşıdurmasında YENİ DETALLAR 
Murad Süleymanov susur – Baş həkim(?) Elnarə Canlının ali tibbi təhsili varmı? -
Fermer kartlarından mənimsənilən milyonlar - Vəzifəli şəxslər və saxta terminallar -
Xüsusi Təyinatlı Yol idarəsində xüsusi rejim:
Qida təhlükəsizliyi üzərində qanunsuz “İctimai Şura” eksperimenti - Açıq şəkildə saxtakarlıq/
Anar Əlizadə haqqında ŞOK FAKTLAR - Yarım milyonluq saat, İstanbuldakı mülklər və Adnan Əhmədzadə ilə... /
QHT-lərə Dövlət Dəstəyi Agentliyinin “sehrli” qrant mexanizmi: İrəvan var, Gəncə yox(?) -
Salyanın keçmiş imperatorunun oğlu Rumıniyanı satın aldı -
Günün xəbəri

Tanınmış hüquqşünas faciəvi şəkildə öldü -FOTO

 

Astara rayonunda ölümlə nəticələnən bədbəxt hadisə baş verib


Yenixeber.org: Bakıda yaşayan tanınmış hüquqşünas, əslən Lənkərandan olan 4 dekabr 1984-cü il təvəllüdlü Fuad Rəhimov Ramazan bayramı ilə əlaqədar doğma rayonuna gedib.
O, ailə üzvləri ilə birgə Astara rayonunun Kijəbə qəsəbəsi ərazisində yerləşən Lovain su anbarının ətrafında istirahət edərkən bacısının azyaşlı qızı suda boğumaq təhlükəsi yaşayıb.
F.Rəhimov suya atılaraq uşağı xilas etsə də, özü boğularaq ölüb. Mərhumun meyiti sudan çıxarılaraq Məhkəmə Tibbi-Ekspertiza və Patoloji Anatomiya Birliyinin Lənkəran Rayon Şöbəsinə təhvil verilib.
Qeyd edək ki, F.Rəhimov bu il keçirilən vəkillik imtahanından uğurla keçibmiş. Vəkillər Kollegiyasının sədri Anar Bağırov gənc hüquqşünasın vəfatı ilə bağlı başsağlığı verib və ona vəkil vəsiqəsini təqdim edə bilmədiyinə görə məyusluğunu ifadə edib.

 

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam