Redaktor seçimi
“Bu hakimiyyəti bir qaşıq suda boğaram” deyənlərə dövlət təltifləri verilir -
““Qarabağ Oil” zavodunun direktoru Gülpəri Bayramova əməkhaqqımızı vermir” -
Ceyhun Bayramovun və oğlunun yeni biznes layihəsi -
 QHT sektoru mafiya qanunları ilə idarə edilir: Qrantlar kimlərinsə həyat yoldaşları, qızları, gəlinləri, məşuqələrinə ayrılır -
Gəncə Dövlət Universiteti “üfunət qoxuyur”(?)! -
QHT-lərə Dövlət Dəstəyi adı ilə büdcə talançılığı: Korrupsiyanın anatomoyası –
Əli Həsənovun kürəkəninin Avropada biznes şəbəkəsi aşkarlandı -
Biləsuvarda dövlətin pulu könül istəyi ilə xərclənir(?) -
Günün xəbəri

Bakıda quldurluq edən 18 yaşlı "zek"ə hökm oxunub

 

 

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində quldurluqda ittiham edilən 2000-ci il təvəllüdlü Seymur Osmanovun cinayət işi üzrə məhkəmə iclası başa çatıb

 

Yenixeber.org: Keçirilən prosesdə dövlət ittihamçısı çıxış edib.

Prokuror S.Osmanovun 7 il 6 ay müddətinə azadlıqdan məhrum edilməsini istəyib.

S.Osmanov son sözündə əməlindən peşman olduğunu, zərərçəkmişlə barışdığını söyləyib.

Məhkəmə müşavirədən sonra hökmü elan edib. Hökmə əsasən, S.Osmanov 3 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Onun daha əvvəlki cinayət əməllərinə görə aldığı cəzalar da toplanaraq üzərində qəti olaraq 4 il azadlıqdan məhrumetmə cəzasına məhkum edilib.

Qeyd edək ki, Bakı sakini Ülvi Cuvarlı Həsən Əliyev küçəsi ilə piyada gedən zaman naməlum şəxs onun qarşısını kəsərək bıçaqla hədələyib və mobil telefonunu əlindən alıb.

Zərərçəkmiş hadisə barədə yaxınlıqda xidmət aparan Nərimanov Rayon Mühafizə İdarəsinin əməkdaşlarına məlumat verib.

Cinayəti törədən əvvəllər də məhkumluq həyatı yaşayan S.Osmanov hadisə yerindən bir neçə yüz metr kənarda saxlanılıb və Nərimanov Rayon Polis İdarəsinin (RPİ) 16-cı Polis Bölməsinə təhvil verilib.

Onun quldurluq yolu ilə əldə etdiyi mobil telefon və hadisə zamanı istifadə etdiyi bıçaq maddi sübut kimi götürülüb.

S.Osmanov ifadəsində deyib ki, zərərçəkmişi binanın həyətinə çəkib və dalaşıb: "Üstündəki pulu çıxartdı. Dedim ki, pul qalsın, telefon çıxart. Elə oradan da mühafizə keçəndə başladı qışqırmağa. Qaçdım oradan. Bıçağı da blokda gizlətdim. Gəlib 5-ci mərtəbədə tutdular”.

S.Osmanov Cinayət Məcəlləsinin 181.2.5-ci (quldurluq, silah və ya silah qismində istifadə edilən əşyalar tətbiq edilməklə törəldildikdə) maddəsi ilə ittiham edilib.

18 yaşlı S.Osmanovun bədəninin müxtəlif nahiyyələrində döymələr də diqqət çəkib. Onun əlində isə "faşist" var. S.Osmanov "zek" ləqəbi ilə də tanınır.

 

O, 18 yaşını həbsxanada tamamlayıb.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam