Redaktor seçimi
Kosmetoloq İradə Məmmədovadan YENİ XƏBƏR:
Avrasiya Hospitalında həkimlər ölüm faktını gizlədib?! - müəmmalı 3000 manat, liftin qırılması və ...+
Dövlət Şəhərsalma və Arxitektura Komitəsində ŞOK KORRUPSİYA:
Yardımlının “mer”i dövlət büdcəsini yardım fondu bilir –
Əziz Əzizov dövlətin pulun belə “ƏZİZləyir” – 
Dördmərtəbəli evin beşinci mərtəbəsi –  Elşad Həsənov "romantikası"nın səbəbi nə? /  
Gəncə Şəhər Birləşmiş Xəstəxanasının "ŞOK" yaradan tenderləri…-
İlqar Abbasov Bələdiyyə sədri postunu satıb?! -
Günün xəbəri

Məhkəməyə gəlmədiyi üçün həbs edilən alverçiyə hökm oxundu

 

Heyvan alış-verişi ilə məşğul olan, ancaq mal aldığı şəxslərin pulunu ələ keçirməkdə ittiham edilən şəxsin məhkəməsi keçirilib

 

 

Yenixeber.org: Bakı Ağır Cinayətlər Məhkəməsində külli miqdarda dələduzluqda təqsirləndirilən 1980-ci il təvəllüdlü Əliyev Mahir Həsənbala oğlunun cinayət işi üzrə məhkəmə iclası baş tutub. Dövlət ittihamçısı M.Əliyevin 9 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.

Hakim Samir Əliyevin sədrliyi ilə keçirilən prosesdə Mahir Əliyevin vəkili müdafiə çıxışı edib.

Vəkil bildirib ki, hüquqlarını müdafiə etdiyi M.Əliyevin ayrı-ayrı şəxslərin əmlakını ələ keçirmək niyyəti olmayıb. Müdafiəçi qeyd edib ki, M.Əliyev mal-heyvan satışı ilə məşğul olub. Vətəndaşlardan aldığı heyvanları başqa şəxslərə satıb. Ancaq pullarını ala bilmədiyi üçün mal aldığı şəxslərin borcunu da qaytara bilməyib.

İttihama görə M.Əliyev bir neçə nəfərə qarşı ümumilikdə 76 min manatlıq dələduzluqda ittiham edilir.

M.Əliyev son sözündə aldığı malların pulunu dələduzluq yolu ilə ələ keçirmədiyini, 76 mindən çox alacağının olduğunu deyib.

Məhkəmədə məlum olub ki, Mahir Əliyev bit neçə aydır davam edən məhkəmə istintaqı dövründə ev dustaqlığında olib. Lakin o, son 3 prosesə gəlməyib.

Məhkəmənin çağırışlarına məhəl qoymayan M.Əliyev barəsində polis nəzarətinə verilmə qətimkan tədbiri dəyişdirilib və məhkəmə onun həbs edilməsi ilə bağlı qərar çıxarıb.

M.Əliyev bu gün müttəhimlər kürsüsündə oturub. Məhkəməyə gəlməməsini həyat yoldaşının xəstə olması, onun yanına getməsi ilə izah edib. Hakim isə bildirib ki, bu barədə məhkəməyə heç bir məlumat verilməyib. Hakim deyib ki, əgər məlumat verilsəydi, məhkəmə onun gəlməmə səbəbini üzrlü hesab edə bilərdi.

Müşavirədən sonra məhkəmə hökmü elan edib. Hökmə əsasən M.Əliyev 3 il 6 ay 11 gün müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, M.Əliyevə Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq; külli miqdarda törədildikdə) maddəsi ilə ittiham edilir.

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam