Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

Etibar Toğrulun iddiası əsasında başlayacaq məhkəmənin günü bəlli oldu

 

Bu dəfə jurnalist baş həkimi məhkəməyə verib


Yenixeber.org: Xəbər verdiyimiz kimi, saytımızın redaktoru Etibar Toğrulu Ağdam rayon Mərkəzi Xəstəxanasının baş həkimi Bəxtiyar Haqverdiyev ötən ilin dekabr ayında şərəf və ləyaqətin müdafiəsi tələbi ilə məhkəməyə vermişdi. Həmin iddia əsasında baş həkim jurnalistdən 15 min manat təzminat tələb edirdi. Ağdam rayon Məhkəməsində hakim Elşad Bayramovun sədriyi ilə iki aydan artiq davam edən prosesin sonunda Etibar Toğrulun xeyrinə qərar qəbul edildi. Çünki, baş həkim məhkəmə prosessində iddia ərizəsində qeyd etdiklərini sübut edə bilmədi.
Məhkəmə yekunlaşandan sonra isə Etibar Toğrul işgüzar nüfuzun müdafiəsi və maddi zərərin ödənilməsi tələbinə dair baş həkim Bəxtiyar Haqverdiyevə qarşı iddia qaldırib. 
Ağdam rayon Məhkəməsinin hakimi Elşad Bayramovun imzası ilə Etibar Toğrula göndərilən bildirişdə məhkəmənin hazırlıq iclası aprelin 16 - na təyin edilib.
Qarşıdakı məhkəmə prosesi ilə əlaqədər fikirlərini öyrənmək üçün Etibar Toğrula müraciət etdik:
“Hələ Bəxtiyar Haqverdiyev mənim barəmdə iddia qaldiğdığı günlər mətbuata verdiyim açıqlamada və sosial şəbəkələrdə bildirmişdim ki, baş həkimin iddiası əsassızdir və sonda mən qalib gələcəm. Onu da qeyd etmişdim ki, mənim ömrümün çox hissəsi məhkəmə salonlarında keçib. Odur ki, Bəxtiyar həkimin mənə qalib gəlməsi onun üçün çox çətin olar. Necə demişdim elə də oldu. Məhkəmə ədalətli qərar qəbul etdi və ədalət qalib gəldi. Sonra mənim Bəxtiyar Haqverdiyevi məhkəməyə verməklə bildirmək istəmişəm ki, mən tək müdafiədə yox, həm də hucumda da oynamağı yaxşı bacarıram. Məhkəmə prosesində müdafiə taktikasını necə qururamsa, eləcə də hucum taktikasını qururam. Odur ki, hesab edirəm ki, bu prosesdə də ədalət qalib gələcək. Mən sonda Ağdam Rayon Məhkəməsinin sədri hörmətli Elşad Bayramova bir ədalətli hakim kimi ədalətin keşiyində durduğu və mənim iddia ərizəmi operativ sürətdə icraata götürdüyü üçün dərin təşəkkürümü bildirirəm.”
Bizdə, saytımızin redaktoruna qarşıdakı məhkəmə presesində və haqq mübarizəsində uğurlar arzu edirik.

Yeganə Telmanqızı. 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam