Redaktor seçimi
MÜTDA – BŞTİ qarşıdurması kimin dirijor çubuğu ilə idarə olunur? -
Həmkarlar İttifaqı Konfederasiyasını yeni rəhbərlik nazirliyə çevirdi?!.. –
SOCAR rəsmisinin gizli eşq macərası Rumıniya mediasında - Ramil Əsədulzadənin şok görüntüləri -
Niyazi Bayramov tikintisi başa çatmış Gəncə İdman Sarayına hələ də pul “yedizdirir” -
AZAL vurduğu ziyanı ödəmək əvəzinə, RF prokurorluğuna haqq ödəyir -
Gəncə Şəhər Birləşmiş Xəstəxanasının analoqsuz tenderləri -
AAYDA-nin zəhəri və zərəri: büdcə talanından ekoloji fəlakətə...-
Müəllim-sahibkardan prezidentə müraciət:
Günün xəbəri

3 ton narkotika ilə bağlı rəsmi açıqlama

 

Azərbaycan-Gürcüstan sərhədində gürcü sərhədçilərinin aşkarladığı külli miqdarda, 3 tona yaxın maye-heroinin hansı ölkəyə aparılması açıqlanıb.

    "Xeberinfo.com":Bu barədə Gürcüstan DİN nəhayət ki, "Bizim Yol" qəzetinin sorğusuna rəsmi cavab verib. “11 iyul 2014-cü ildə Respublika Gəlirlər Xidmətinin gömrük departamentindən alınan yazılı məlumat əsasında, Gürcüstan kriminal polisi Baş İdarəsində qeyri-qanuni beynəlxalq narkotik tranziti faktı əsasında, Gürcüstan CM-nin 2620-ci maddəsinin tələblərinə uyğun olaraq, 009110714004 nömrəli  cinayət işi açılmış və istintaq başlanmışdır", -deyə sorğuya cavabında Gürcüstan DİN administrasiyasının rəis müavini Giorgiy Saxokia bildirir.

     Onun sözlərinə görə, 12 iyul 2014-cü ildə Batumidə, Senaki-Poti-Sarpi magistralının 106-cı kilometrində yerləşən gömrük departamenti zonasında keçirilən operativ-əməliyyat və istintaq tədbirləri nəticəsində külli miqdarda narkotik maddələrin tranzit yolu ilə daşınması faktı üzrə 3 nəfər saxlanılmışdır: "Onlardan ikisi Gürcüstan, biri isə Türkiyə vətəndaşıdır. Saxlanılanlar haqqında Gürcüstan CM-nin 262-ci maddəsinin 3 və 4-cü bəndlərinə uyğun olaraq həbs qətimkan tədbiri seçilmişdir".

    DİN administrasiyasının rəis müavini bildirib ki, yük Gürcüstana Türkiyə ərazisindən göndərilib, İran və Azərbaycan ərazisindən keçməklə ölkəyə gətirilməsi planlaşdırılıbmış. Sənəddə yük gigiyena vasitəsi - maye-sabun kimi göstərilibmiş: "Yükün son ünvanı Moldova Respublikası göstərilib. Ekspertizanın rəyinə görə, məhlul narkotik maddə olan heroindən ibarət idi. Hazırda 009110714004 nömrəli cinayət işi üzrə digər iştirakçıların aşkar edilib saxlanılması istiqamətində bu cinayət işində adı hallanan dövlətlərin, o cümlədən Azərbaycanın hüquq-mühafizə orqanları ilə əməkdaşlıq şəraitində istintaq tədbirləri, birgə araşdırmalar davam edir".


Facebook-da paylaş

Yeni xəbərlər

Yenixeber Tv

<iframe width="622" height="575" src="https://www.youtube.com/embed/eRkyhD8ICDo" title="Tramp dəstəyi kəsərsə, nə olacaq? | Ukraynaya böyük təhlükə" frameborder="0" allow="accelerometer; autoplay; clipboard-write; encrypted-media; gyroscope; picture-in-picture; web-share" referrerpolicy="strict-origin-when-cross-origin" allowfullscreen></iframe>

Reklam

Reklam