Redaktor seçimi
Anar Əlizadə-Mübariz Mənsimov qarşıdurmasında YENİ DETALLAR 
Murad Süleymanov susur – Baş həkim(?) Elnarə Canlının ali tibbi təhsili varmı? -
Fermer kartlarından mənimsənilən milyonlar - Vəzifəli şəxslər və saxta terminallar -
Xüsusi Təyinatlı Yol idarəsində xüsusi rejim:
Qida təhlükəsizliyi üzərində qanunsuz “İctimai Şura” eksperimenti - Açıq şəkildə saxtakarlıq/
Anar Əlizadə haqqında ŞOK FAKTLAR - Yarım milyonluq saat, İstanbuldakı mülklər və Adnan Əhmədzadə ilə... /
QHT-lərə Dövlət Dəstəyi Agentliyinin “sehrli” qrant mexanizmi: İrəvan var, Gəncə yox(?) -
Salyanın keçmiş imperatorunun oğlu Rumıniyanı satın aldı -
Günün xəbəri

Rəsmi Bakıdan 3 ton heroinlə bağlı sensasiyalı addım

 

2her

      Rəsmi Bakı Azərbaycan ərazisindən külli miqdarda narkotik vasitələrin tranzit olaraq keçirilməsi ilə bağlı Gürcüstanda aparılan cinayət işinin təhqiqatına beynəlxalq ekspertlərin cəlb edilməsi üçün BMT-yə müraciət edib.

     "Xeberinfo.com": Nazirlər Kabinetinin mətbuat xidmətindən Trend-ə bildiriblər ki, iyulun 11-də Gürcüstan Daxili İşlər Nazirliyi ölkədə külli miqdarda (2.800 litrə yaxın yuyucu maddədə həll edilmiş 588 kq heroin, 11 kq 759 qr morfin və 2 kq 201 qr kodein) narkotik maddənin saxlanılması və həmin narkotik maddənin Azərbaycan ərazisindən tranzit olaraq keçirildiyi barədə məlumat yayıb.

    Hazırda bu məsələ ilə əlaqədar Gürcüstanda cinayət işi açılıb və istintaq aparılır.

     Prosedur qaydalarına görə, Azərbaycan tərəfi bu istintaq prosesində iştirak etmədiyindən, sözügedən məsələnin tam və obyektiv araşdırılmasını təmin etmək məqsədi ilə Azərbaycan Baş nazirinin müavini, Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının sədri Əli Həsənov təhqiqata beynəlxalq ekspertlərin cəlb edilməsinə köməklik göstərilməsi üçün BMT-nin Narkotiklər və Cinayətkarlıqla Mübarizə İdarəsinin icraçı direktoru Yuri Fedotova müraciət ünvanlayıb.

    Araşdırmaların nəticələri barədə əlavə məlumat veriləcək.

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam