Redaktor seçimi
 QHT-lərə Dövlət Dəstəyi Agentliyindən daha bir qrant hədiyyəsi... -  
Saleh Məmmədovun müsahibi Müseyib Həmzəyevin 650 minlik avtomobili -
Gəncə Dövlət Universitetində özbaşınalıqlara son qoyulsun! –
QHT-lərə Dövlət Dəstəyi Agentliyində BAŞ SAYMAQLA, BAŞ QATILIR!: Dövlətin pulu belə “YEYİLİR” –
Mingəçevirin icra başçısını Ramiz Mehdiyevin yaxın adamı ilə nə bağlayır(?)! -
Faiq Qürbətov dövlətin pulun könül istəyi ilə xərcləməkdə davam edir:
AAYDA qohumbazlığın girovluğunda: Həmzəyevlər faktorunun püskürdüyü zəhər –
Zaur Mikayılovun Yevlaxdakı kadrı “suları belə bulandırır” –
Günün xəbəri

Heroin qalmqalına görə Bakıda qapalı toplantı keçirilib

 

  "Xeberinfo.com": Avqustun 14-də Azərbaycan Respublikası baş nazirinin müavini, Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının sədri Əli Həsənovun yanında Dövlət Komissiyasına üzv olan aidiyyəti orqanların məsul şəxslərinin iştirakı ilə qapalı iclas  keçirilib.

Komissiyadan əldə etdiyimiz məlumata görə, iclasda cari ilin iyul ayının 11-də Gürcüstan Respublikası Daxili İşlər Nazirliyinin ölkədə külli miqdarda (2.800 litrə yaxın yuyucu maddədə həll edilmiş 588 kq 885 qr heroin, 11 kq 759 qr morfin və 2 kq 201 qr kodein) narkotik maddənin saxlanılması və bu narkotik maddənin Azərbaycan Respublikası ərazisindən tranzit olaraq keçməsi barədə olan ilkin məlumat üzrə aidiyyəti orqanlar tərəfindən aparılan araşdırmanın nəticələri müzakirə edilib. Toplantıda araşdırmanın davam etdirilməsi, görülən işlər barədə Dövlət Komissiyasının mütəmadi olaraq məlumatlandırılması barədə müvafiq tapşırıqlar verilib.

İclasda qeyd edilən məsələnin Azərbaycan Respublikası Prezidentinin gündəlik nəzarətində olduğu vurğulanıb.

Xatırladaq ki, Gürcüstan hüquq-mühafizə orqanlarının bundan öncə yaydığı məlumatda bildirilmişdi ki, araşdırma nəticəsində məlum olub ki, yük maşını Gürcüstana Azərbaycan sərhədindən daxil olub və Gürcüstan-Türkiyə sərhədinə doğru gedirmiş. İlkin nəticələrə görə narkotik maddənin tərkibi 80% təmiz heroindən ibarətdir.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam