Redaktor seçimi
Mingəçevir Təhsil sektorunun müdirini nazir müavini ilə nə bağlayır?!:  Sevinc Həsənova məsul şəxslər barədə kompramat toplayır -
TƏCİLİ! "Landmark Baku"da çalışan diplomatları iranlı qızlarla görüşdürüb çəkdirən iş adamının adı məlum oldu —
AzTU-nun rektoru Vilayət Vəliyevə "DUR" deyən tapılacaqmı?! -
Emin Əmrullayevin “Bəddualı paketi” -
AzTU-nun rektoru Vilayət Vəliyev "bazarkom" kimi -
Kosmetoloq İradə Məmmədovadan YENİ XƏBƏR:
Avrasiya Hospitalında həkimlər ölüm faktını gizlədib?! - müəmmalı 3000 manat, liftin qırılması və ...+
Dövlət Şəhərsalma və Arxitektura Komitəsində ŞOK KORRUPSİYA:
Günün xəbəri

Prezident Administrasiyası qarşısında aksiyaya cəhd olub

Bu gün Bakı və Bakı ətrafı kənlərdən olan bir qrup narazı vətəndaş Prezident Administrasiyasının qarşısında etiraz aksiyası keçirməyə cəhd göstərib. Onların toplaşmasına imkan verilməyib.

Xeberinfo.com:  AzadlıqRadiosu bildirir ki, bu haqda aksiya iştirakçılarından, hazırda Prezident Administrasiyasının binasında saxlanıldıqlarını deyən Sevda Süleynmanova məlumat verib.

3 jurnalistin də saxlandığı bildirilir

Onun deməsinə görə, nəzarətçilər özlərini zəncirləmiş narazıların hamısını administrasiya binasına aparıblar. Aksiyanı işıqlandırmaqdan ötrüəraziyə gələn jurnalistlərin də saxlandığı bildirilir.

Narazı vətəndaşlara deyiblər ki, onları hansısa rəsmi şəxs qəbul edəcək.

Aksiyaya cəhd edənlər Ülviyyə Abutalıbov, Elmidar İsmayılov, Lətifə Zeynəddinova, Mahir Cəbiyev, Sevda Süleymanova və digərləri olublar. Onların şikayəti müxtəlifdir. Kimisi həyat yoldaşının qanunsuz həbsindən, kimisi dədə-baba mülkünün əllərindən alınmasından, kimisi ləğv edilən Milli Təhlükəsizlik Nazirliyindən (MTN), kimisi də icra hakimiyyətindən şikayət edir.

Şikayətlər…

Onlardan Lətifə Zeynəddinova deyib ki, 2 ildən artıqdır ki, 13 yaşlı qızını əlindən alıblar. Qızını zirzəmilərdə saxlayıb,əxlaqsız hərəkətlər ediblər.

“İndi də övladımı sığınacağa vermək istəyirlər”, deyən L.Zeynəddinova Abşeron Rayon Polis İdarəsindən şikayətçidir.

Başqa bir şikayətçi E.İsmayılov isə deyir ki, keçmiş MTN-in xüsusi təyinatlıları 2 il əvvəl onu atası ilə birgə döyüblər. Hüquqlarının müdafiəsindən ötrü mübarizəyə başladıqlarında onların özlərinə cinayət işi açılıb.

Sevda Süleymanova isə ərinin həbsindən şikayətçidir.

Xatırlatma

Həmin şəxslər bundan əvvəl də ayrı-ayrı vaxtlarda kəfən geyinərək Baş Prokurorluğun, Daxili İşlər Nazirliyinin,Nazirlər Kabinetinin, Ədliyyə Nazirliyinin və başqa dövlət qurumlarının qarşısında toplaşaraq aksiya keçirməyə cəhdlər göstəriblər.

Bundan əvvəl Baş Prokurorluq həmin şikayətçilərə ümumilikdə cavab vermişdi.

Məsələn cavabda qeyd edilirdi ki, şikayətçilərdən Sevda Süleymanova əri Qüvvətəli Süleymanovun əsassız olaraq məhkəmə məsuliyyətinə verilməsindən narazılıq edib. Halbuki, araşdırma, hələ də, davam edir.

Digər şikayətlərlə də bağlı araşdırmaların aparıldığı bildirilirdi.

Yanvarın 6-sı keçirilən aksiyada saxlananlarla bağlı deyilənlərə isə Prezident Administrasiyasının mühafizə xidmətindən münasibət almaq mümkün olmayıb.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam